Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı azalıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı azalıb
Sakura

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı azalıb

Mart ayında Azərbaycandan Gürcüstana 43 437 nəfər səfər edib.

Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasından bildirilib.

İllik müqayisədə qonşu ölkəyə səfər edən azərbaycanlı ziyarətçilərin sayı 73 613 nəfər və ya 62,9% azalıb. Kəskin azalmaya baxmayaraq Azərbaycan Gürcüstana yollanan əcnəbilərin sayı baxımından birinci yeri tutub.

İkinci yerdə 41 121 nəfərlə Türkiyə, üçüncü yerdə isə 32 981 nəfərlə Rusiya qərarlaşıb. Türkiyəli ziyarətçilərin sayı 45,4%, rusiyalı ziyarətçilərin sayı isə 66,5% azalıb.

Gürcüstan hesabat ayında 233 479 beynəlxalq ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 62,3% azdır.

Qeyd edək ki, koronavirus pandemiyasına görə martın 14-dən etibarən Gürcüstan və Azərbaycan arasında gediş-gəliş müvəqqəti dayandırılıb. Martın 18-dən isə Gürcüstan ərazisinə xarici ölkə vətəndaşlarının daxil olması qadağan edilib. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR