Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Azərbaycanda səhiyyənin inkişafının təməli Heydər Əliyev tərəfindən qoyulub – Zaur Əliyev

Azərbaycanda səhiyyənin inkişafının təməli Heydər Əliyev tərəfindən qoyulub – Zaur Əliyev
Sakura

Azərbaycanda səhiyyənin inkişafının təməli Heydər Əliyev tərəfindən qoyulub – Zaur Əliyev

Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də islahatlar uğurla davam edir. Səhiyyəmizin maddi–texniki bazasının gücləndirilməsi istiqamətində bugünədək çox böyük işlər görülüb. Ölkə üzrə icbari tibbi sığortanın tətbiqi bu islahatların tərkib hissəsidir. Bir çox sahələrdə olduğu kimi səhiyyənin inkişafının təməli də xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tərəfindən qoyulub.

Trend-in bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu"nun açılış mərasimində deyib.

O qeyd edib ki, Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət ölkəmizin səhiyyəsinin inkişafa gətirib çıxarıb. Ölkə rəhbərliyinin milli səhiyyə sisteminə xüsusi diqqət və qayğısı daima hiss edilir.

“Dövlət səhiyyə xərclərinin artırılması, müvafiq dövlət proqramlarının uğurla icrası bunun real təsdiqidir. Bu siyasətin nəticəsidir ki, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi sayəsində vətəndaşlar keyfiyyətli tibbi xidmətlərlə təmin olunurlar.

Şübhəsiz ki, ölkəmizdə tibb müəssisələrinin maddi-texniki bazasının və infrastrukturunun müasirləşməsi, kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlər icbari tibbi sığortanın tətbiqini asanlaşdırdı”, - deyə o əlavə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR