Dərc edildi: Baxış sayı: 513
Azərbaycanda neft emalı 144 min ton azalıb
Ölkədə neft emalı 2020-ci ilin 7 ayında 3,5 mln ton təşkil edib.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin məlumatında qeyd edilib.
Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 144 min ton az olub.
Qeyd edək ki, Azərbaycanda neft emalı SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət