Dərc edildi: Baxış sayı: 538
Azərbaycanda neçə korona xəstəsi var? - Qərargah
Hazırkı dövrədək ölkəmizdə 1 398 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Bu barədə Axar.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
"712 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər vəfat edib, 667 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 95 min 747 test aparılıb", - məlumatda bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət