Dərc edildi: Baxış sayı: 708
Azərbaycanda koronavirusdan sağalanların sayı 1 000-i ötdü
Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı açıqlanıb.
Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Hazırkı dövrədək ölkəmizdə 1 592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 013 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 558 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət