Azərbaycanda kənd təsərrüfatı sahəsində mobil laboratoriya xidməti istifadəyə veriləcək
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi mobil laboratoriya xidmətini fermerlərin istifadəsinə verəcək. ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin protokol sektor müdiri Toğrul Qafarbəyli deyib.
Onun sözlərinə görə, bu layihə BMT-nin İnkişaf Proqramı ilə birgə icra olunur.
"Mobil laboratoriya vasitəsilə əkin sahələrinin yerində analizini aparmağa imkan yaradacaq ki, bu da ilk öncə vaxta qənaət deməkdir", - deyə T. Qafarbəyli.
Nazirliyin rəsmisi onu da bildirib ki, yaxın vaxtlarda fermerlərə mobil baytar xidməti də təklif olunacaq.
"Hazırda sınaq olaraq ölkə üzrə 10-dan sertifikatlaşdırılmış baytar bununla məşğuldur. Bu, ilkin addımdır. Qısa müddət ərzində onların sayı artırılacaq", - deyə T. Qafarbəyli əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət