Azərbaycanda büdcə təşkilatlarının kommunal xidmətlərə görə 3,9 milyon manat borcu yaranıb
2018-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən istifadə edilmiş elektrik və istilik enerjisi, təbii qaz, su və rabitə xidmətlərinin faktiki qiymətlərlə ümumi dəyəri ötən ilin eyni dövrünə nisbətən 3,2 faiz artaraq 198,1 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, istehlakın ümumi dəyərinin 72,8 faizini elektrik enerjisi, 10,1 faizini təbii qaz, 8,5 faizini su, 5,6 faizini rabitə xidmətləri, 3,0 faizini isə istilik enerjisi təşkil edib.
Büdcədən maliyyələşən istehlakçılar müəyyən edilmiş limitin ümumilikdə 98,2 faizindən istifadə edərək 5 milyon manatlıq təbii qaza, 3,6 milyon manatlıq suya və 0,7 milyon manatlıq istilik enerjisinə qənaət ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət