Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan yeyinti məhsullarının idxalını 21% artırıb

Azərbaycan yeyinti məhsullarının idxalını 21% artırıb
Sakura

Azərbaycan yeyinti məhsullarının idxalını 21% artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 1 486 690,08 min ABŞ dollarına bərabər olub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, cari ilin ilk on bir ayında yeyinti məhsulları üzrə idxalın həcmi ötən ilin analoji dövrünə nisbətən 21,2% çoxdur. Ümumiyyətlə, cari ilin birinci yarısında yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 12% təşkil edib.

Hesabat dövründə ölkəyə 71 662,63 min dollar dəyərində 46 298,52 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 12,6 və 7% üstələyir. Cari ilin on bir ayı ərzində ölkəyə 13 028,10 min dollar dəyərində (artım - 18%) 8 min tondan çox (0,7% az) süd idxal olunub.

Ölkəyə həmçinin 63 601,21 min dollar dəyərində 12,4 tondan çox kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub ki, bu göstərici üzrə həcm olaraq 16,7%, dəyərində isə 2,4% artım müşahidə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR