Dərc edildi: Baxış sayı: 421
Azərbaycan və Avropa İttifaqı əməkdaşlıq məsələlərini Brüsseldə müzakirə edəcək
Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclası aprelin 4-də Brüsseldə keçiriləcək.
Bu barədə "Report" Avropa İttifaqının (Aİ) mətbuat xidmətinə istinadən məlumat verir.
İclas zamanı tərəflər əməkdaşlığın bütün aspektlərini müzakirə etmək niyyətindədir.
İclas Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin rəhbərliyi altında baş tutacaq.
Qeyd edək ki, Əməkdaşlıq Şurasının əvvəlki iclası 2018-ci il fevralın 19-da keçirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət