Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabineti
Sakura

Azərbaycan Respublikasının Nazirlər Kabineti — Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun…

Azərbaycan Respublikasının Nazirlər Kabineti— Azərbaycan Respublikasının Prezidentitərəfindən onun icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə yaradılan, öz fəaliyyətində birbaşa Prezidentə tabe və onun qarşısında cavabdeh olan, iş qaydası Prezident tərəfindən müəyyənləşən yuxarı icra orqanıdır.

Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. Onun iclaslarına, bir qayda olaraq, Baş nazir sədrlik edir. Baş nazir isə, öz növbəsində, Milli Məclisin razılığı ilə Prezident tərəfindən təyin edilir.

Ümumi qaydalar müəyyən etdikdə Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir. Nazirlər Kabineti dövlət büdcəsi layihəsini hazırlayıb Prezidentə təqdim edir, dövlət büdcəsi icrasını təmin edir, maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir, dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir, dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir.

 

Təsis tarixi

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının 7 fevral 1991-ci il tarixli, 50-XII nömrəli Qanunu ilə təsis edilmişdir.

 

Strukturu

İlk strukturu

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ilk strukturu Azərbaycan Respublikası Ali Sovetinin 22 may 1991-ci il tarixli, 106-XII nömrəli Qərarı ilə təsdiq edilmişdir:

  1. Azərbaycan Respublikasının Baş naziri
  2. Azərbaycan Respublikası Baş nazirinin 1-ci müavini
  3. Azərbaycan Respublikası Baş nazirinin 1-ci müavini
  4. Azərbaycan Respublikası Baş nazirinin müavini
  5. Azərbaycan Respublikası Baş nazirinin müavini
  6. Azərbaycan Respublikası Baş nazirinin müavini — Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri
  7. Azərbaycan Respublikasının Daxili İşlər naziri
  8. Azərbaycan Respublikasının Səhiyyə naziri
  9. Azərbaycan Respublikasının Xarici İşlər naziri
  10. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq naziri
  11. Azərbaycan Respublikasının Mədəniyyət naziri
  12. Azərbaycan Respublikasının Xalq Təhsili naziri
  13. Azərbaycan Respublikasının Meliorasiya və Su Təsərrüfatı naziri
  14. Azərbaycan Respublikasının Rabitə naziri
  15. Azərbaycan Respublikasının Ticarət naziri
  16. Azərbaycan Respublikasının Maliyyə naziri
  17. Azərbaycan Respublikasının Taxıl Məhsulları naziri
  18. Azərbaycan Respublikasının Ədliyyə naziri
  19. Azərbaycan Respublikasının Avtomobil Nəqliyyatı naziri
  20. Azərbaycan Respublikasının Mənzil-Kommunal Təsərrüfatı naziri
  21. Azərbaycan Respublikasının Yerli Sənaye naziri
  22. Azərbaycan Respublikasının Sosial Təminat naziri
  23. Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri
  24. Azərbaycan Respublikası Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri
  25. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri
  26. Azərbaycan Respublikası Dövlət Əmək və Sosial Məsələlər Komitəsinin sədri
  27. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri
  28. Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin sədri
  29. Azərbaycan Respublikası Dövlət Təbiəti Mühafizə Komitəsinin sədri
  30. Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin sədri
  31. Azərbaycan Respublikası Daimi Yaşayış Yerlərini Tərk Etmiş Şəxslərlə İş üzrə Dövlət Komitəsinin sədri
  32. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsinin sədri

 

Hazırki strukturu

  1. Baş nazir
  2. Baş nazirin 1-ci müavini
  3. Baş nazirin müavini
  4. Baş nazirin müavini
  5. Baş nazirin müavini
  6. Baş nazirin müavini
  7. Baş nazirin müavini
  8. Xarici İşlər Nazirliyi
  9. Daxili İşlər Nazirliyi
  10. Müdafiə Nazirliyi
  11. Ədliyyə Nazirliyi
  12. Maliyyə Nazirliyi
  13. Vergilər Nazirliyi
  14. İqtisadiyyat Nazirliyi
  15. Fövqəladə Hallar Nazirliyi
  16. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
  17. Kənd Təsərrüfatı Nazirliyi
  18. Mədəniyyət Nazirliyi
  19. Təhsil Nazirliyi
  20. Səhiyyə Nazirliyi
  21. Nəqliyyat , Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
  22. Energetika Nazirliyi
  23. Gənclər və İdman Nazirliyi
  24. Ekologiya və Təbii Sərvətlər Nazirliyi
  25. Dövlət Gömrük Komitəsi
  26. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
  27. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
  28. Dövlət Statistika Komitəsi
  29. Diaspor ilə İş üzrə Dövlət Komitəsi
  30. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
  31. Əmlak Məsələləri Dövlət Komitəsi
  32. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
  33. Dövlət Dəniz Administrasiyası
  34. Dövlət Mülki Aviasiya Administrasiyası
  35. Dövlət Təhlükəsizliyi Xidməti
  36. Xarici Kəşfiyyat Xidməti
  37. Dövlət Miqrasiya Xidməti
  38. Dövlət Sərhəd Xidməti
  39. Milli Arxiv İdarəsi
  40. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibi

İdarə heyəti

Şəkli

Adı, atasının adı və soyadı

Vəzifəsi

Vəzifə müddəti

Doğum tarixi

Partiyalığı

1

 

Novruz Məmmədov

Baş nazir

21 aprel2018-hal hazırda

15 mart1947

Yeni Azərbaycan Partiyası

2

 

Yaqub Eyyubov

Baş nazirin 1-ci müavini

13 fevral2003-hal hazırda

24 oktyabr1945

Yeni Azərbaycan Partiyası

3

 

Əli Əhmədov

Baş nazirin müavini

22 oktyabr2013-hal hazırda

27 yanvar1953

Yeni Azərbaycan Partiyası

4

 

Əli Həsənov

Baş nazirin müavini

18 noyabr1998-hal hazırda

10 aprel1948

Yeni Azərbaycan Partiyası

5

 

Hacıbala Abutalıbov

Baş nazirin müavini

21 aprel2018-hal hazırda

13 may1944

Yeni Azərbaycan Partiyası

 

Nazirliklər

Şəkli

Adı, atasının adı və soyadı

Vəzifəsi

Vəzifə müddəti

Doğum tarixi

Partiyalığı

1

 

Ramil Usubov

Daxili İşlər naziri

29 aprel1994-hal hazırda

22 dekabr1948

Yeni Azərbaycan Partiyası

2

 

Pərviz Şahbazov

Energetika naziri

12 oktyabr2017-hal hazırda

24 noyabr1969

Yeni Azərbaycan Partiyası

3

 

Fikrət Məmmədov

Ədliyyə naziri

19 aprel2000-hal hazırda

30 iyun1955

Yeni Azərbaycan Partiyası

4

 

Sahil Babayev

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri

21 aprel2018-hal hazırda

1980

 

5

 

Kəmaləddin Heydərov

Fövqəladə Hallar naziri

6 fevral2006-hal hazırda

15 iyul1961

Yeni Azərbaycan Partiyası

6

 

Elmar Məmmədyarov

Xarici İşlər naziri

2 aprel2004-hal hazırda

2 iyul1960

Yeni Azərbaycan Partiyası

7

 

Şahin Mustafayev

İqtisadiyyat naziri

31 oktyabr2008-hal hazırda

13 iyun1965

Yeni Azərbaycan Partiyası

8

 

İnam Kərimov

Kənd Təsərrüfatı naziri

21 aprel2018-hal hazırda

6 iyun1977

 

9

 

Samir Şərifov

Maliyyə naziri

18 aprel2006-hal hazırda

7 sentyabr1961

Yeni Azərbaycan Partiyası

10

 

Zakir Həsənov

Müdafiə naziri

22 oktyabr2013-hal hazırda

6 iyun1959

Yeni Azərbaycan Partiyası

11

 

Ramin Quluzadə

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri

13 fevral2017-hal hazırda

1 fevral1977

Yeni Azərbaycan Partiyası

12

 

Mikayıl Cabbarov

Vergilər naziri

5 dekabr2017-hal hazırda

19 sentyabr1976

Yeni Azərbaycan Partiyası

13

 

Muxtar Babayev

Ekologiya və Təbii Sərvətlər naziri

23 aprel2018-hal hazırda

1967

Yeni Azərbaycan Partiyası

14

 

Azad Rəhimov

Gənclər və İdman naziri

7 fevral2006-hal hazırda

8 oktyabr1964

Yeni Azərbaycan Partiyası

15

 

Əbülfəs Qarayev

Mədəniyyət naziri

23 aprel2018-hal hazırda

13 noyabr1956

Yeni Azərbaycan Partiyası

16

 

Oqtay Şirəliyev

Səhiyyə naziri

20 oktyabr2005-hal hazırda

1950

Yeni Azərbaycan Partiyası

17

 

Ceyhun Bayramov

Təhsil naziri

23 aprel2018-hal hazırda

1973

Yeni Azərbaycan Partiyası

 

Komitələr

Şəkli

Adı, atasının adı və soyadı

Vəzifəsi

Vəzifəsinin müddəti

Doğum tarixi

Partiyalığı

1

 

Səfər Mehdiyev

Dövlət Gömrük Komitəsinin sədri

23 aprel2018-hal hazırda

17 mart1973

Yeni Azərbaycan Partiyası

2

 

Samir Nuriyev

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

21 aprel2018-hal hazırda

9 mart1975

Yeni Azərbaycan Partiyası

3

 

Hicran Hüseynova

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

6 fevral 2006-hal hazırda

13 avqust1955

Yeni Azərbaycan Partiyası

4

 

Tahir Budaqov

Dövlət Statistika Komitəsinin sədri

13 avqust2015-hal hazırda

1 yanvar1965

Yeni Azərbaycan Partiyası

5

 

Fuad Muradov

Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri

23 aprel2018-hal hazırda

22 iyul1979

Yeni Azərbaycan Partiyası

6

 

Mübariz Qurbanlı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

21 iyul 2014-hal hazırda

7 yanvar1954

Yeni Azərbaycan Partiyası

7

 

Kərəm Həsənov

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

19 may 2009-hal hazırda

2 avqust1969

Yeni Azərbaycan Partiyası

8

 

Rövşən Rzayev

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

21 aprel2018-hal hazırda

1962

Yeni Azərbaycan Partiyası

 

Agentliklər

Şəkli

Adı, atasının adı və soyadı

Vəzifəsi

Vəzifəsinin müddəti

Doğum tarixi

Partiyalığı

1

 

Fuad Nağıyev

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

23 aprel2018-hal hazırda

22 iyul1975

Yeni Azərbaycan Partiyası

2

 

Qoşqar Təhməzli

Qida Təhlükəsizliyi Agentliyinin sədri

23 aprel2018-hal hazırda

29 may1970

Yeni Azərbaycan Partiyası

 

Administrasiyalar

Şəkli

Adı, atasının adı və soyadı

Vəzifəsi

Vəzifəsinin müddəti

Doğum tarixi

Partiyalığı

1

 

Qüdrət Qurbanov

Dövlət Dəniz Administrasiyasının rəisi

21 aprel2006-hal hazırda

20 oktyabr1959

Yeni Azərbaycan Partiyası

2

 

Arif Əhməd oğlu Məmmədov

Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru

6 may 2016-hal hazırda

 

Yeni Azərbaycan Partiyası

 

Xidmətlər

Şəkli

Adı, atasının adı və soyadı

Vəzifəsi

Vəzifəsinin müddəti

Doğum tarixi

Partiyalığı

1

 

Mədət Quliyev

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

14 dekabr2015-hal hazırda

27 sentyabr1958

Yeni Azərbaycan Partiyası

2

 

Orxan Sultanov

Xarici Kəşfiyyat Xidmətinin rəisi

14 dekabr2015-hal hazırda

1977

Yeni Azərbaycan Partiyası

3

 

Vüsal Hüseynov

Dövlət Miqrasiya Xidmətinin rəisi

23 aprel2018-hal hazırda

12 yanvar1980

Yeni Azərbaycan Partiyası

4

 

Elçin Quliyev

Dövlət Sərhəd Xidmətinin rəisi

31 iyul 2002-hal hazırda

22 sentyabr1967

Yeni Azərbaycan Partiyası

5

 

Ataxan Paşayev

Milli Arxiv İdarəsinin rəisi

1984-hal hazırda

1938

Yeni Azərbaycan Partiyası

6

 

Arzu Rəhimov

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi

13 fevral2012-hal hazırda

1 oktyabr1964

Yeni Azərbaycan Partiyası


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR