Slimfit
  1. SİYASƏT

Azərbaycan Prezidentinin BMT-də çıxışı Rusiya nəşrində

Azərbaycan Prezidentinin BMT-də çıxışı Rusiya nəşrində
Sakura

Azərbaycan Prezidentinin BMT-də çıxışı Rusiya nəşrində

“Rossiya-onlayn” internet nəşrində Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının videoformat rejimində keçirilmiş 75-ci sessiyasındakı ümumi debatlarda çıxışı barədə informasiya dərc edilib.

Ens.az Telegraf.com-a istinadən xəbər verir ki, nəşrin yazdığına görə, Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 75-ci sessiyasının nümayəndələri qarşısında çıxışında müasir şərait nəzərə alınmaqla beynəlxalq təşkilatlarda islahatlar aparılmasını; BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini, qaçqınların doğma yurdlarına qaytarılmasına nail olmağı və COVID-19-a qarşı vaksinin ədalətli bölüşdülüməsinin təmin edə bilən mexanizm tətbiq olunmasını təklif edib.

Materilda deyilir: “Azərbaycan Prezidenti xatırladıb ki, Azərbaycan ərazisinin beşdə bir hissəsi otuz ilə yaxındır Ermənistan tərəfindən işğal edilib. İ.Əliyev deyib: “Ermənistan BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi qüvvə tətbiq edib, Dağlıq Qarabağı və Azərbaycanın daha yeddi rayonunu işğal edib. Bir milyondan çox azərbaycanlı qaçqın və ya məcburi köçkün vəziyyətinə düşüb”. O vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib, lakin bu qətnamələr yerinə yetirilmir”.

Nəşrdə vurğulanır ki, Azərbaycan dövlətinin başçısı Ermənistanı işğal olunmuş ərazilərdə qeyri-qanuni məskənlər yaratmaqda, Azərbaycan xalqının mədəni irsini məhv etməkdə, habelə orada faydalı qazıntıları qeyri-qanuni çıxarmaqda və dünya bazarlarında satmaqda ittiham edib. İ.Əliyev xəbərdarlıq edərək deyib: “Əgər Azərbaycanın təbii resurslarından qeyri-qanuni istifadə edən beynəlxalq şirkətlər bu fəaliyyəti dayandırmasalar, onlar hüquqi məsuliyyət daşımalı olacaqlar”.

Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca yaşayan mülki Azərbaycan əhalisinə bilərəkdən zərbələr vurur. O xatırladıb ki, bu il iyul ayında Azərbaycanın Tovuz şəhəri yaxınlığında törədilmiş sonuncu insident nəticəsində insanlar həlak olub, mülki infrastruktur obyektləri dağıdılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR