Slimfit
  1. HƏRB

Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etmək gücündə və qüdrətindədir

Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etmək gücündə və qüdrətindədir
Sakura

Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etmək gücündə və qüdrətindədir

Son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə davamlı uğurlara imza atır. Ölkəmizin iqtisadi və maliyyə imkanları müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması yönündə mühüm addımların atılmasını şərtləndirir. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Dövlətimizin başçısı İlham Əliyev ən yüksək tribunalardan daim bu bəyanatı səsləndirir ki, münaqişənin həllində sülh danışıqları səmərə vermədiyi təqdirdə, işğal altındakı torpaqlarımızı hərbi yolla azad edəcəyik. Təbii ki, bu əminlik Ordumuzun gücünə və qüdrətinə əsaslanır. Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı keçirilən paradda səsləndirdiyi bu fikirləri bir daha yada salmaq istərdik: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

Ens.az xəbər verirki,bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov söyləyib.

M.Həsənov qeyd edib ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutub. Azərbaycan Ordusu bu hərbi təxribata cavab olaraq əks-hücum əməliyyatı keçirib. Uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulub. Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi azad edilib. Prezident İlham Əliyev bu münasibətlə xalqımızı təbrik edib. Azərbaycan Prezidenti istər xalqa müraciətində, istərsə də Təhlükəsizlik Şurasının iclasında Ermənistanın bu təxribatlarının əsl səbəblərini ictimaiyyətə açıqlamaqla yanaşı, bu əminliyi də ifadə edib ki, bizim uğurlu əks-hücum əməliyyatımız ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər.

Azərbaycanın apardığı mübarizənin haqq mübarizəsi olduğunu deyən deputat bildirib: “İşğala məruz qalan, bir milyondan artıq soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan, 20 faiz torpağı işğal altında olan Azərbaycandır. Dünya birliyinin Ermənistana “dur!” deməsinin zamanıdır. Baxmayaraq ki, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri bu günə qədər öz missiyalarını regiona turist səfərlərində görürlər”.

Diqqəti qardaş Türkiyədən Azərbaycan gələn dəstəyə yönəldın Malik Həsənov qeyd edib: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətimizin başçısı İlham Əliyevlə telefon əlaqəsi yaratması, Türkiyənin hər zamankı kimi, bu günlərdə də Azərbaycanın yanında olduğunu bildirməsi, həmçinin qardaş ölkənin digər rəsmilərinin hər an Azərbaycanın haqq mübarizəsi ilə bağlı fikirlər səsləndirmələri, mətbuat səhifələrinin manşetinə Azərbaycanın Ordusunun əks-hücum əməliyyatları nəticəsində uğurlarını çıxarmaları bu birlikdən qürur hissi keçirməyimizə əsas verir. Azərbaycanın sevincini öz sevinci, kədərini öz kədəri kimi qəbul edən qardaş ölkə Prezidentinin ən yüksək tribunalardan dünyanı ikili siyasətinə son qoymağa, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dünyadan ədalətli mövqe gözlədiyini bəyan etməsi bu birliyimizin təcəssümüdür. İyulun 12-dən dünyanın müxtəlif ölkələrində soydaşlarımızın Azərbaycan Ordusuna dəstək məqsədilə keçirdikləri aksiyalarda Türkiyənin diaspor təşkilatlarının fəal iştirakını da xüsusi qeyd etməliyik”.

M.Həsənov, eyni zamanda, Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, xalqımızın dövlətimizin qətiyyəti, siyasi iradəsi nəticəsində işğal altında olan torpaqlarımızın tezliklə öz ədalətli həllini tapacağına əminliyini ifadə edib. Dövlətimizin başçısı İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirib: “Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar. Biz onlara 2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul ayında dərs verdik. Amma görünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik”.

“Hazırda böyük əminliklə qeyd edirik ki, Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etmək gücündə və qüdrətindədir”, - söyləyən M.Həsənov bildirib ki, 1994-cü il mayın 12-də ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində cəbhə xəttində atəşkəs sazişinin imzalanmasına baxmayaraq, ermənilər mütəmadi olaraq atəşkəsi pozur. Prezident İlham Əliyev bəyan etdiyi kimi: “Azərbaycan heç bir təxribata əl atmır. Sadəcə olaraq, öz maraqlarını müdafiə edir, mövqeyini dəstəkləyir. Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır”, bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır”. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR