Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycan mətbəxi Pekində - Sərgi

Azərbaycan mətbəxi Pekində - Sərgi
Sakura

Azərbaycan mətbəxi Pekində - Sərgi

Dünyanın bir çox ölkələrində keçirilən "Acı və ədviyyatlı" festivalının Pekində təşkil edilən mərhələsində Azərbaycan mətbəxinin nümunələri, "Made in Azerbaijan" brendi ilə istehsal olunan kənd təsərrüfatı məhsulları nümayiş olunub. Nüfuzlu "The Beijinger" jurnalının təşkilatçısı olduğu festival Pekində il ərzində keçirilən ən böyük qida festivalı hesab olunur. Ənənəvi illik tədbirdə 50-dən çox xarici və yerli qida şirkəti, restoranlar öz məhsullarını nümayiş etdiriblər.

SİA-nın məlumatına görə, Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin dəstəyi ilə xüsusi dizayn edilmiş stenddə milli mətbəximizin müxtəlif növ təamları, o cümlədən şah plov, lülə kabab, müxtəlif salat növləri təqdim olunub. Bundan əlavə, festival boyunca Azərbaycan şərabları və nar şirələri ilə bağlı təbliğat işləri aparılaraq iştirakçılara geniş məlumat verilib

Məşhur memar Zaha Hadidin dizaynı əsasında inşa olunmuş "Galaxy SOHO"nun ərazisində keçirilmiş iki günlük festivalı 20 mindən çox pekinli və şəhərin qonaqları ziyarət edib.

Festivalda iştirak edən ölkələrin məhsulları haqqında "The Beijinger" jurnalının internet səhifəsində məlumat yerləşdirilib. Beləcə festivalı ziyarət edən qonaqlar əvvəlcədən festivalda nümayiş olunacaq yeməklər və məhsullar haqqında məlumatlı olublar. Jurnalın festivalın yekununa dair buraxılacaq xüsusi buraxılışında Azərbaycan şərabları haqqında geniş məqalə dərc olunacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR