Dövlət Aqrar Ticarət Şirkəti aqrar birja açacaq. Birjada kənd təsərrüfatı məhsulları satılacaq
Dövlət Aqrar Ticarət Şirkəti aqrar birja açacaq. Birjada kənd təsərrüfatı məhsulları satılacaq.
Şirkətin İnformasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Mayis Musayev Oxu.Az-a bildirib ki, hazırda aqrar birjanın proqram təminatı məsələsi həll olunur.
M.Musayev qeyd edib ki, ilkin mərhələdə aqrar birjanın ölkə daxilində işləməsi planlaşdırılır. İnternet vasitəsilə birjaya qoşulan istənilən fermer öz məhsulu, onun tonu, növü, qiyməti və fotolarını səhifəsinə yükləyəcək.
Hətta fermerlərin təqdim etdiyi qiymətlər əsasında məhsul növü üzrə diaqram da hazırlanacaq.
Potensial müştərilər isə bu platforma vasitəsilə istədikləri məhsulu seçə və elə birjada ilkin razılıq əldə edə bilərlər.
M.Musayevin sözlərinə görə, aqrar birjanın mobil əlavəsi də hazırlanır və artıq kənd təsərrüfatı məhsullarının satıcıları və alıcıları vahid platformada birləşəcək.
Xatırladaq ki, prezident İlham Əliyev oktyabrın 11-də Qubada səfərdə olarkən ona bu layihə barədə məlumat verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət