Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycan aşıqları "Beynəlxalq Baxşi Festivalı"nda

Azərbaycan aşıqları "Beynəlxalq Baxşi Festivalı"nda
Sakura

Azərbaycan aşıqları "Beynəlxalq Baxşi Festivalı"nda

Özbəkistan Mədəniyyət Nazirliyinin təşəbbüsü, UNESCO-nun himayəsi ilə Qaşqadərya vilayətinin mərkəzi Termez şəhərində keçirilən Beynəlxalq Baxşi (aşıq) sənəti festivalı davam edir. Özbəkistanda ilk dəfə keçirilən festivalda ölkəmizi şair, publisist Əkbər Qoşalı, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşı Əli Şamilov, aşıq Samirə Əliyeva və aşıq Əli Quliyev təmsil edir. SİA-nın məlumatına görə, bu gün aşıq Samirə Əliyeva və aşıq Əli Quliyev festival çərçivəsində qədim el havalarımızı ifa ediblər.

Onların çıxışları alqışlarla qarşılanıb. Festivala dünyanın 74-dən artıq ölkəsindən gələn 160-dan artıq baxşi, aşıq, akın, ozan, həmçinin folklorçu alimlər, müxtəlif xalqların folklor ansamblları qatılıb. Aprelin 10-dək müxtəlif xalqların nümayəndələri baxşi, aşıq, akın, ozan öz xalqlarının musiqilərini təqdim edirlər. Festivala Tacikistandan gələn baxşi ustası Xatam aka Xakimovun 90, Malayziyadan gələn iştirakçı Kamarul Baixaki Bin Kamarul Baisaxunun isə 9 yaşı var. Festival çərçivəsində “Dünya sivilizasiyasında baxşi sənətinin rolu” adlı Beynəlxalq elmi-praktik konfrans da keçirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR