Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycan aşıq sənəti tarixində ilk dəfə dastan tamaşaya qoyulub

Azərbaycan aşıq sənəti tarixində ilk dəfə dastan tamaşaya qoyulub
Sakura

Azərbaycan aşıq sənəti tarixində ilk dəfə dastan tamaşaya qoyulub

Azərbaycan aşıq sənəti tarixində ilk dəfə olaraq dastan tamaşaya qoyulub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Gədəbəy Aşıq Musiqisi Məktəbinin direktoru Etibar Əliyev məlumat verib.

Bildirilib ki, tamaşa dövrünün ən məşhur aşıqlarından olmuş Vəli Miskinlinin 125 illik yubileyi münasibətilə hazırlanıb. Gədəbəy Aşıq Musiqisi Məktəbinin müəllim və şagird kollektivi mayın 16-da aşığın “Canbağça səfəri” dastanını səhnələşdiriblər.

Bu vaxta qədər milli dastanlarımızın yalnız bir aşıq tərəfindən dinləyicilərə çatdırıldığını deyən E.Əliyev qeyd edib ki, səhnələşdirilən “Canbağça” dastanı tamaşasında 35 nəfər – 16 müəllim, 19 şagird yer alıb. İştirakçılar dastandakı şeirlərin söylənməsində, musiqilərin və xorun ifasında iştirak ediblər.

Xatırladaq ki, aşıq Vəli Miskinli Gədəbəyin Miskinli obasından olub, bu sənətin yaşamasına və inkişafına öz yaradıcılığı ilə töhfə verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR