Slimfit
  1. SİYASƏT

Ayxan Hacızadə: "Paşinyanın Qarabağın erməni sakinləri ilə dialoqa müdaxilə etməyə çalışması qəbuledilməzdir"

Ayxan Hacızadə: "Paşinyanın Qarabağın erməni sakinləri ilə dialoqa müdaxilə etməyə çalışması qəbuledilməzdir"
Sakura

Ayxan Hacızadə: "Paşinyanın Qarabağın erməni sakinləri ilə dialoqa müdaxilə etməyə çalışması qəbuledilməzdir"

"Ermənistan baş nazirinin növbəti dəfə erməni sakinlərlə dialoq məsələsinə müdaxilə etməyə çalışması, Azərbaycanın Qarabağ bölgəsi üzərində beynəlxalq səviyyədə tanınmış suverenliyinə və ərazi bütövlüyünə qarşı təxribat dolu bəyanatlar səsləndirməsi, “Qarabağın xalqı və hökuməti” kimi ifadələr işlətməsi qəbuledilməzdir".

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib.

Onun sözlərinə görə, erməniəsilli sakinlərin reinteqrasiyası üzrə müzakirənin Azərbaycanın daxili işi olduğu və kənar dövlətlərin bu məsələdə heç bir rolunun olmadığı barədə mövqeyə Ermənistanın məhəl qoymaması, onun “xalqların öz müqəddəratlarını təyin etməsi” prinsipi pərdəsi altında 90-cı illərin əvvəllərində ölkəyə qarşı başlatdığı təcavüz siyasətindən əl çəkmədiyindən xəbər verir: "Ermənistanın baş naziri anlamalıdır ki, Qarabağ bölgəsinin erməni sakinlərinin hüquqları bölgənin azərbaycanlı əhalisinin hüquqlarından heç zaman üstün ola bilməz və Azərbaycan ərazisində yaşayan müxtəlif etnik xalqlara münasibətdə yalnız bərabər yanaşma tətbiq edir və edəcək".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR