Slimfit
  1. AZƏRBAYCAN

“Ayıbdı, özmüzə hörmət edək, erməni zurnasına oynamayaq”

“Ayıbdı, özmüzə hörmət edək, erməni zurnasına oynamayaq”
Sakura

“Ayıbdı, özmüzə hörmət edək, erməni zurnasına oynamayaq”

“Xədicə İsmayılın zabit Ramil Səfərovu biabırçı cinayətkar adlandırdığı statusa təsadüfən rast gəldim. Boş verdim.. Çünki bildim ki, bu status onun hakimiyyətə qarşı hirsindən yaranıb və Ramilə qarşı onda nə xüsusi nifrət, nə də ki bir hörmət yoxdur”. 

“Yeni Sabah” xəbər verir ki, bunu İctimai Tədqiqatlar Mərkəzinin sədri, ekspert-kriminalist İlqar Altay yazıb. O, bildirib ki, sonradan sosial şəbəkədə Ramil Səfərovu söyüb təhqir edənlər də xeyli baş qaldırığının şahidi olub. 

Ekspert bildirib ki, Ramil Səfərovun erməni zabitini öldürməsi barədə vaxtında yazılıb, təhlil-analiz aparılıb, paylaşılıb: “Yenə də izahla qayıdaq, mövzu bu qədər qaynayırsa. Bu insan o erməni zabitini niyə öldürüb? Niyə öldürsün? Hər bir törədilən hadisənin motivi əsasdır, hər bir mühakimədə. Hansı daxili motiv, məqsədlə edib bu dəhşətli hərəkəti? Hansı təsirlər hisslər yaradıb o motivi və itələyib onu həmin addıma?

İnsan öldürməyi "kayf", peşə bilən manyakdırmı ya "materıy" bandit-başkəsən killerdirmi? Və ya dəlidirmi psixi xəstəxanadan qaçmış, bu adam?

Xeyir, adam normal zəhmət ailəsində böyümüş, harın rüşvət çörəyi yeməmiş, təlim və tərbiyə ilə oxumuş. Agır və çox ciddi-tələbkar hərbi rejimli təhsillər alıb da yüksək göstərici ilə irəli çıxaraq Macarıstandakı beynəlxalq elitar hərbi kurslara göndərilməyə layiqli dərəcədə nümunəvi zabit səviyyəsinə yüksəlmişdir. Və niyə bu, başqa bir millətin zabitini və yaxud digər erməni zabitini öldürməyib məhz, həmin ermənini hədəfə alıb?

Demək Ramilin mütəmadi ruhuna, heysiyyatna toxunulub, onun ən ülvi milli, vətən, dəyərlərinə və özünə sığışdırıb deməsə də bir ekspert kimi bilirəm ki, şəxsi ləyaqəti və namusuna toxunan hallar, səbəblər, addımlar olub ona qarşı. Bunu gətirib, yüksək ruhi həyacan, affekt həddinə də çıxarıb bu hal. Və bunu kim edib? Təbii, özünü Ramilin qətl hədəfnə gətirən erməni Markaryan.

Affekt vəziyyətini nədir təsdiq edən? O hədəfə cavabın ən ifrat növ-ölüm seçimi və bunun da xüsusi ritual formasında edilməsi! Cavab kimi bir yumruq-şillə vura bilərdi, bitsin. Yox-ölüm! Ölüm kimi bıçaqla vurub edə bilərdi. Yox-balta! Balta ilə gündüz də bunu edə bilərdi. Yox gecə! Demək, ağır heysiyyat travması bu insanı rahat buraxmır. Pozulmuş beynindəki hədəfini necə öldürmə fantaziyası-ritualına sövq edir. Bunun üçün xüsusən bazara gedir, balta alır və oturub onu lazımınca itiləyir. Belə ritualların da adətən həyata keçirildiyi gecə yarı qaranlığını gözləyir və daxilini bu şiddətlə dolmuş emosional təziq, qaynartıdan püskürtü ilə azad edir və boşaldır...

Demək, bu qəsdən törədilmiş qətldir, amma ki, əslində Səfərovun deyil, Markaryanın yaratdığı affektin əli ilə törədilmiş qətldir. Bu cür, özünə qarşı zərbə üçün bir çox insanları bir müəyyən həddə, təxribata çəkib, çatdıranlar çox olur. Bu yaxınlarda Moskvada canlı tele yayımda gürcü əsilli tanınmış bir politoloq Svaninze Maksim Şevçenkonu belə bir affekt hala gətirib, özünü ona vurdurub, yerə sərdirdi. Heç nə demədilər, nə hökumət, nə də heç kim və gürcü də səhvini anladı..

Yaxın illərdə Türkiyədə futbol matçından sonra, bir ingilis azərkeş acıqla şalvarını çıxartdı, türk lirəsi ilə nümayişkaranə, bağışlayın, özünü sildi. Bir nəfər türk özünü saxlaya bilməyib bıçaqladı öldürdü. Çox cüzi iş verdilər, Britaniya tərəf isə heç üstünə getmədi bu məsələnin. İndi, bəs nə olub? Hər bir hadisədən üz cırıb, şivənlə özünə divident götürən erməni həyasızların xorunamı qoşulaq? Budurmu milli mənlik, ləyaqətimiz?

Ramil onu gündüz öldürsə xora qəbul idi guya? Ayıbdı, özmüzə hörmət edək, erməni zurnasına oynamayaq. Bu qədər sınmaq, düşmək olmaz!

Əslində, Macarıstan məhkəməsi bu, ən yüksək həyəcanı, affekti nəzərə alaraq Ramil Səfərova çox olsa 5-6 il iş kəsməli idi. Biz tərəfin də çox böyük səhvi onda oldu ki, gərək paralel cinayət işi açıb araşdırma aparaydı Baş Prokurorluq. Və necə ki, 2010-cu ildə mənim də araşdırmasında iştirak etdiyim o Türkiyə-İsrail arasındakı "Mavi Mərmərə" konfliktində oldugu kimi hadisə Israil sularında baş versə də, getdim gördüm Türkiyə prokurorluğu da, öz istintaqını aparır bu barədə hər ehtimala görə. Keçdim İsrail tərəfə o da elə.

Bunu biz o vaxt etsəydik, ekstradisiya sonrası, Ramil Səfərov Bakıda öz istintaq-məhkəməmiz tərəfin qərarı ilə də azad edilib, bəraət verilərdi. Bu, məncə də daha əsaslı və qanuni olardı, söz söhbətdən ki, ömürlük həbs ediləni Bakıda açıb buraxıblar. Nə isə, məsələnin obyektv tərəfi bu.

Düşmüşük, illər sonra biz, Ramil Səfərovu xalq düşməni çıxardırıq. Ermənilər isə azərbaycanlı uşağının dərisini soyduğunu etiraf edən Zoriy Balayanı qəhrəman elan ediblər. Ramilin əməli cinayət tərkbli olsa da, kənar təsirin hesabına törədilən az təqsirlidir və bağışlanılan qədərdi.

Xədicənin timsalında müxalif siyasilərə bunu bildirmək istərdim. İqtidarı tənqid və ittiham etmək üçün külli miqdarda səbəb arqumentlər var. Amma bu ittihamları qızışıb xalqa toxunan dəyərlər üzərindən, onları zədələməklə etmək olmaz! İnsanları da yaşadığı dövlət reallığında hakimiyyətilə düşmən olmadığına görə hədəfə almaq olmaz! Təcrid, marginallaşmadır bu yol”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR