Dərc edildi: Baxış sayı: 408
Aydın Kərimov: "Yaxın günlərdə Şuşada digər abidələrin də bərpa işləri başa çatacaq"
"Şuşa şəhəri işğal dövründə 30 il ərzində dağıntılara, vandalizmə məruz qalmışdı. İşğaldan azad edildikdən sonra Şuşada cənab Prezidentin tapşırığı ilə bərpa-qurucu işləri aparılır".
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşa şəhərində keçirilən TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimində deyib.
"Şuşada 10-a yaxın abidə bərpa edilib. Yaxın günlərdə digər abidələrin də bərpa işləri başa çatacaq. Hazırda işlər davam edir", - o vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət