Slimfit
AvtoVAZ
Sakura

AvtoVAZ şirkəti

"AvtoVAZ" - Rusiyada və Şərqi Avropada ən böyük minik avtomobillərinin istehsalçı, avtomobilinşaat şirkətidir.

Tam rəsmi adı - "AvtoVAZ" Açıq səhmdar cəmiyyətidir

Əvvəllər "Jiquli", "Niva", "Sputnik", "Samara", "Oka" markalı maşınlar istehsal edirdi. Sadalanan avtomobil markaları dünyanın bəzi ölkələrinə ixracı zamanı "Riva" adı altında göndərilirdi. 2016-cı ilin əvvəlinə olan vəziyyətə görə, Lada öz ticarət markası altında avtomobillər, həmçinin də Datsun, Renault və Nissan markalı avtomobillər istehsal edirdi. Bundan başqa, AvtoVAZ digər istehsalçılara Lada markalı avtomobillərin buraxılması və onların modifikasiyaları üçün maşın dəstləri göndərir. Qərargahı və əsas istehsalı Tolyatti şəhərində yerləşir.

2014-cü ildən Renault-Nissan alyansının AvtoVAZın kapitalında effektiv payı 50%-i ötüb. 2017-ci ilin iyun ayından şirkətin 64%-i Hollandiyanın Alliance Rostec Auto B.V ("Rostex"in bu birgə müəssisədə 17,55%-i var) və 24% kipr Renaissance Securities şirkətinə məxsusdur. 2017-ci ilin əvvəlindən Renault "AvtoVAZ"ın göstəricilər hesabatını möhkəmləndirməyə başladı, indi Rusiya bazarı Renault üçün Fransadan sonra böyüklüyünə görə ikinci olub.

TARİXİ

54 müxtəlif tikinti meydançalarının təhlilindən sonra, SBKP MK və SSRİ nazirlər Soveti tərəfindən 20 iyul 1966-cı ildə Tolyatti şəhərində yeni böyük avtomobil zavodunun tikilməsi haqqında qərar qəbul olundu. Texniki layihənin hazırlanması İtaliyanın "Fiat" avtomobil konserninə tapşırılmışdır. 15 avqust 1966-cı ildə Moskvada Fiat rəhbəri Canni Anyelli SSRİ avtomobil sənayesi naziri M.Tarasovla Tolyatti şəhərində tam istehsal silsiləli avtomobil zavodunun yaradılması üzrə müqavilə imzaladı. Müqaviləyə əsasən zavodun texnoloji təchizatı, mütəxəssislərin hazırlanması həmin konsernə həvalə olundu.

3 yanvar 1967-ci ildə ÜGLKB MK Ümumittifaq zərbəçi komsomolçularına Voljsk avtomobil zavodunun tikintisi elan edildi. Minlərlə insan, əsasən gənclər, Tolyattidəki avtonəhəngin tikintisinə getdilər. Artıq 1967-ci il yanvarın 21-də zavodun birinci sexi ilk kubmetr torpağı yardımçı korpus sexlərinin (YKS) tikintisi üçün qazmışdır.

1969-cu ildən zavodun əmək kollektivləri formalaşmağa başladı, əksəriyyəti zavodu tikmiş insanlar idi. İstehsalat avadanlığı 844 yerli zavodlarda, sosialist birliyinin 900 zavodunda quraşdırılması davam etdirilib.

1970-ci il martın 1-də gələcək avtomobillərin ilk 10 banını qaynaq sexi verdi, 1970-ci il aprelin 19-da isə zavodun baş konveyerindən VAZ-2101 "Jiquli" ilk altı avtomobili çıxdı, zahirən italyan modeli "FIAT - 124"də oxşar idi, lakin əhəmiyyətli dəyişikliklərlə (ümumilikdə Fiat - 124ün konstruksiyasında 800-dən çox dəyişikliklər edilmişdir, bundan sonra o Fiat - 124R adı alıb). Maraqlıdır ki, 15 aprel 1970-ci ildə Voljsk avtomobil zavodunu Henri Ford-kiçik ziyarət edib. 1970-cu il oktyabrın 28-də Moskvaya ilk "Jiquli" avtomobilləri eşelonu yola salınıb.

1971-ci il martın 24-də Dövlət komissiyası ilk növbədə Voljsk avtomobil zavodunun istismarını qəbul edib, hansı ki, ildə 220 min avtomobil istehsal edəcəkdi. 1971-ci il iyulun 16-da 100 min "VAZ" avtomobil markası buraxıldı. 10 yanvar 1972-ci ildə Voljsk avtomobil zavodunun ikinci növbəsinin ildə 220 min avtomobilin istismara qəbulu haqqında Dövlət komissiyası tərəfindən akt imzalandı. 1973-cü il dekabrın 22-də milyonluq avtomobilin buraxılışından sonra zavod rəsmən Dövlət komissiyası tərəfindən "əla" qiymətlə qəbul edilib, Voljsk avtomobil zavodu SSRİ Silahlı Qüvvələrinin rəyasət heyətinin fərmanı ilə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur. 1977-ci ildə Voljsk avtomobil zavodunun memarlıq kompleksinə görə ədəbiyyat, incəsənət və memarlıq sahəsində SSRİ Dövlət mükafatı təqdim olunub.

1970-ci illərdə zavodun layihə gücü ildə 660 min avtomobil təşkil edib, 1990-cı illərin əvvəllərində 740 minə çatıb. 1 fevral 2012-ci ildə zavodun layihə gücü ildə 900 min avtomobil təşkil edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR