Slimfit
  1. AZƏRBAYCANLI

Rekordlar Kitabına düşən azərbaycanlı: 136 yaşında ata olub

Rekordlar Kitabına düşən azərbaycanlı: 136 yaşında ata olub
Sakura

O, dünyanın ən uzunömürlü sakinlərindən biri idi

Bu gün, dünyanın ən uzunömürlü sakinlərindən biri olmuş Şirəli Müslimovun vəfat günüdür. Bəzi mənbələrə görə, o, 26 mart 1805-ci ildə Lerik rayonunun Barzavu kəndində doğulub, 1973-cü ildə vəfat edib.

Şirəli baba 3 dəfə evlənib və 23 övlad sahibi olub. 1966-cı ildə Azərbaycan Kinostudiyası tərəfindən onun haqqında "Şirəli dağdan endi" adlı sənədli film çəkilib. 136 yaşında qız atası olub. Uzunömürlülüyünə görə Ginnesin Rekordlar Kitabına düşüb.

Onun yaşını təsdiqləyən yeganə sənəd pasportu olub. Doğum haqqında şəhadətnaməsi və ya onu əvəz edən hər hansı sənəd olmadığından, onun yaşı şübhə doğurur. Şirəli Müslümov haqqında yayımlanan məlumatlar SSRİ dövrünə təsadüf etdiyindən, 1800-cü illərdə əhalinin siyahıya alınması, doğum tarixlərinin düzgün qeyd olunması və digər aidiyyati məsələlərin səhv olmaq ehtimalı da mövcuddur.

Qeyd edək ki, fransız tarixçisi və sosioloqu Moşep Ud Tovem keçən əsrin 60-cı illərində çap olunmuş "Qafqaz xalqları və onların mədəniyyəti" əsərində Azərbaycana da xüsusi yer ayırıb. Həmin əsərdə 1800-cü ildə əhalinin, əsasən də, siyahıya alınması yaş və doğum məsələlərinə aid olan bölməsində, Lerik (Zuvand-1930) camaatının düzgün siyahıya alınmasının həmin dövrdə qeyri-mümkün olmasını, yerləşdiyi çətin dağlıq şəraitinin, cənub mərkəzi ilə əlaqələrin və s. olmamasını yazıb.



Mənbə: Sputnik Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR