Slimfit
  1. KOSMOS

Ayda su var və kifayət qədərdir

Ayda su var və kifayət qədərdir
Sakura

Ayda su var və kifayət qədərdir

Yəqin Ayda suyun olması haqqında çox eşidibsiniz. Beləliklə sübut olundu ki, nəinki qütblərdə su var, həmçinin onun ayda bütöv bazanın təminatı üçün kifayət edəcək həcmdədir.

Dünən Nature Geoscience jurnalında dərc olunan məqalədə bəhs olunur ki, Ayda kifayət qədər su ehtiyatı var. Bir nüans var ki, onu çıxarmaq asan olmayacaq.

Ayda Hindistan kosmik araşdırmalar təşkilatı tərəfindən buraxılan “Çandrayan-1” kosmik zondundan əldə olunan məlumatları istifadə edərək Braun Universitetinin iki tədqiqatçısı əvvəllər yoxa çıxan bir maddəni tapdılar: Ayın səthində su. O daşın içərisindədir.

Tədqiqatçılar öz diqqətini vulkanik mənşəyə məxsus piroklastik qayaya istiqamətləndirdilər. “Apollon-15” və “Apollon-17”-dən qayıdan nümunələr qayanın içərisində şüşə kürəciklərdə böyük həcmdə su ehtiyatı tapdılar. Lakin alimlər bu barədə mübahisə etməyə başladılar: qayalara su hansısa məqsəd üçün doldurulub yoxsa bütün Ay üzərindəki piroklastik qayalar əhəmiyyətli həcmdə su ehtiyatı saxlayır. Məlum oldu ki, sonuncu nəzəriyyə təsdiqləndi.

Braun universitetinin aspirantı və məqalənin müəllifi Şuay Li qeyd edir ki, su buz halında deyil, mineralın içərisində tapılıb. Bu tapıntının qütblərdə olan buz ehtiyatları ilə əlaqəsi haqqında heç bir sübut yoxdur və görünür o həqiqətən Ayın dərinliklərindən gəlir.

Suyun daşın içərisində yerləşməsi onu istifadə edə bilməyəcəyimiz demək deyil. Yerdən suyun daşınılması baha və ağır olduğu üçün gələcəkdə ayda yerləşəcək bazalar üçün yerli mənbə əvəzedilməz ola bilər. Həm də Ayda belə piroklastik qayaların sayı çoxdur, yəni su da orada kifayət qədərdir. Beləliklə ay bazalarını təkcə buzlu qütblərdə deyil, həmçinin daha rahat olan mərkəzi yerlərdə inşa etmək olar.

Əslində gələcəkdə suyun çıxarılması ənənəvi mineral yataqlarının işlənməsindən heç də çox fərqlənməyəcək. Buna görə də son reallıqlar göstərir ki, əbəs yerə biz Günəş sistemini darıxdırıcı yer kimi tanıyırdıq. Hətta bizim spuntnik də arabir alimlərimizi təəccübləndirir.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR