Slimfit
  1. MEDİA

“AVTO KLUB AZƏRBAYCAN” klubu Kəpəz TV-nin “Sabahın nəbzi” verilişində qonaq olub

“AVTO KLUB AZƏRBAYCAN” klubu Kəpəz TV-nin “Sabahın nəbzi” verilişində qonaq olub
Sakura

“AVTO KLUB AZƏRBAYCAN” klubu Kəpəz TV-nin “Sabahın nəbzi” verilişində qonaq olub

Aprel ayının 5-də “AVTO KLUB AZƏRBAYCAN” klubu KƏPƏZ TV-nin “Sabahın nəbzi” verilişində qonaq olub. Verilişdə qonaq qismində “AVTO KLUB AZƏRBAYCAN” klubunun baş administratoru Natiq Əliyev, klubun moderatoru və avtoekspert İlyas Xəlilov, avtomobil ustası Elçin Məmmədov, Gəncə şəhəri 1 saylı avtomobil məktəbinin direktoru Zeynal Zeynalov və M-Taksi şirkətinin təcrübəli sürücüsü Zakir Şahverdiyev iştirak ediblər. Verilişdə avtomobil və sürücülük sahəsinə aid müxtəlif məsələlərə toxunulub.

İlk növbədə klubun yaradılması, avtomobillərin həyatımızdakı rolu və bu sahədə olan əsas problemlər barədə söhbət açılıb. Digər mövzulardan sürücü-piyada münasibətləri, avtomobil alarkən seçim məsələsi, avtomobil təliminə olan müxtəlif yanaşmalar, düzgün sürmə qaydaları, yanacaq, retro avtomobillərin sərgisinin müzakirəsini qeyd etmək olar. Aşağıdakı videoda verilişə tam baxa bilərsiniz.

Avto Klub Azərbaycan haqqında maraqlı məlumatları sizin nəzərinizə çatdırırıq.

Klub haqqında qısa məlumat: AVTOKLUB AZƏRBAYCAN Klubu 19 iyun 2017-ci il tarixində, Gəncə şəhərində, Facebook sosial şəbəkəsi üzərində qurulub. Klub Gəncə şəhərindən idarə olunur. Klubun qurucusu və baş administratoru, mən Natiq Əliyev, Gəncə şəhəri üzrə moderatoru Xaliq Əliyev, Bakı ş. üzrə administratoru Tural Hacı-zadə, moderatoru isə Səbuhi Xuda-zadədir. Klub müxtəlif sosial tədbirlərdə iştirak edir və özü də müəyyən tədbirlər təşkil etməyi planlaşdırır. Burada avtomobillərin yaranma tarixi haqqında Azərbaycan dilində geniş məqalələr ilə, YHQ-da, İXM-də edilmiş dəyişikliklər barədə tanış ola bilərsiz. 10 yanvar 2019-cu il tarixdə Klub Nizamnaməsi yaradıldı. Bu Nizamnamə ilə Klub qaydaları tənzimlənir. Nizamnamə 6 maddədən, onların submaddəsindən və sətirlərdən ibarətdir.

Necə oldu AvtoKlub Azərbaycan yarandı?

İllər öncə Bakı şəhərində facebook sosial şəbəkəsi üzərində yaradılmış avtomobil klublarına rast gəldim. Həmin klubların keçirdikləri klub üzvləri ilə görüşləri gördüm. Həmin görüşlərin şərh bölməsində isə Gənəcədən və Gəncəbasar bölgələrdən olan bəzi sürücülərin yazdığı fikirlər diqqətimi çəkdi: fikirlərdə qeyd olunurdu ki, “heyif ki, uzaqdır maddi imkan və ya vaxt yoxdur gəlməyə”. Bu fikirlər məni cəlb etdi və özüm də avtomobil həvəskarı olduğumçün düşündüm ki, niyə də Gəncə ş.-də belə bir klub olmasın? Bütün həvəskar sürücüləri, avtomobil ustalarını bir araya toplayım. Beləliklə 19 iyun 2017-ci il tarixdə digər klublardan fərqli bir klub yaratmaq qərarına gəldim. Və beləliklə istənilən model avtomobil sahiblərini, həvəskarlarını bir araya toplamaq üçün klubu yaratdım və AVTOKLUB AZƏRBAYCAN adlandırdım, yəni bu ad altında respublikamızda və respublikadan kənar yaşayan soydaşımız istənilən model sahibləri klub üzvü ola bilər. Bunlarla yanaşı istənilən yaş nəslin xüsusən də cavan nəslin asudə vaxtlarının səmərəli keçirmələri üçün yaratdım.

Nə qədər üzvünüz var?

Üzvlərimiz 2300 nəfəri artıq keçibdir, konkret və ya dəqiq rəqəm demək çətindir, çünki hər gün demək olar ki, öz istəyi ilə Kluba üzv olanlar və çıxanlar olur.

Klub Üzvləriniz yalnız kişilərdimi?

Tək kişilər yox, xanımlar da var, sadəcə utanclıqdanmı deyim ya bilmirəm hər hansısa səbəbə görə aktivlik göstərmirlər.

Klub niyə məhz sosial şəbəkə üzərində yarandı?

Biz artıq XXI əsrdə yaşayırıq. Müasir dövrün dili ilə desək virtual dünya real dünyanı önə keçib, bildiyimiz kimi müasir insanların çoxu internet demək olar ki, günlərinin, asudə vaxtlarının çox hissəsini internetdə, sosial şəbəkələrdən istifadə edərək keçirirlər. Kütlənin virtual aləmdə olduğunu nəzərə alaraq, Klubu sosial şəbəkə üzərində yaratdım.

Klub insanlara nə kimi xidmət göstərir?

Bizim Klub insanlara müxtəlif xidmətlər göstərir. Bunlara misal olaraq tutaq ki, hər hansı bir klub üzvümüz  yolda hərəkətdə olan zaman avtomobilində nasazlıq yaranır və bu zaman kluba müraciət edərək yardım istəyə bilərlər və avtomobilin olduğu məntəqəyə yaxın hər hansısa üzvümüz varsa yaxınlaşıb öz köməkliyini göstərir, yox əgər yaxında kimsə yoxdursa biz ustalarımıza müraciət edirik yaxınlaşıb köməklik göstərsinlər. Düzdür hələki belə bir müraciət olmayıb, amma olunca yardım etməyə hazırıq.

Digər bir xidmət növümüz də var, “kirayə maşınlar”, şəhərimizə gələn qonaqları bizə yönləndirərək və ya şəhərimizdə və ətraf bölgələrdə yaşayan soydaşlarımız müraciət edərək avtomobil kirayə edə bilərlər.

Bir də onu xüsusi qeyd edim ki, Gəncə ş-də ilk dəfə olaraq xanımlar üçün “sürücülük kursları” təşkil edirik, bunun üçün yer də ayrılıb, sürücülük kurslarının keçirilməsi üçün Gəncə Avtomobil Məktəbinə müraciət etdim, onlar da öz növbəsində razı olduqlarını bildirdilər və kursların keçirilməsində peşəkar müəllimlərlə təmin edirlər. Bu xidmətdən yararlanmaq üçün sadəcə bizə müraciət etmələri yetərlidir.

Retro avtomobillərin sərgisini təşkil etdiz. Sərgi haqqında qısa məlumat verərdiz.

Retro avtomobillərin toplanması çox maraqlı oldu. İlk öncə avtomobilləri toplamaq üçün Klub Üzvlərinə Klub daxilində, avtoekspert İlyas Xəlilova, mənim tədbirlərimin təşkil edilməsində mənə yaxından dəstək olan, hörmətli Mahmud müəllimə və bəzilərini internet üzərindən online mağazalardan taparaq müraciət etdim. Avtomobillərin toplanmasında maraqlı məqamlardan biri də o oldu ki, Klubun Gəncə ş. üzrə moderatoru Xaliq Əliyev bəzi avtomobilləri təsadüfən yolda hərəkətdə olan zaman işarə edərək, xahiş edib saxladıb, nəbilim qarşısını kəsərək yaxınlaşıb müraciət edib, tədbir haqqında məlumatlandırıb və dəvət edib, həmin avtomobil sahibləri də sağolsunlar dəvətimizi qəbul edib gəldilər və iştirak etdilər. Onu da qeyd edim ki, tədbirdə fəxri qonaqlar da iştirak edirdilər. Bunlardan I Qarabağ savaşında iştirak etmiş 15 yaşlı, “Malış” və ən çox da “Qəqəni” ləqəbi ilə tanınan, həyatda görmədiyim canlı əfsanə Razim Dəmirov və onun döyüş yoldaşları idilər. Sağolsunlar dəvətimi qəbul etdilər və gəldilər, həmin tədbirdə ilk dəfə Razimlə görüşdük, tanış olduq və ən əsası dost olduq. Bu tədbirin baş tutmasında zəhməti keçən və dəvətimizi qəbul edən hər kəsə minnətdaram. Xüsusi ilə onu da qeyd edim ki, İlyas müəllim və Mahmud müəllim facebook sosial şəbəkəsi üzərində yaradılmış Gəncə və Gəncəlilər qrupunun rəhbər heyətinin nümayəndələridir. Fürsətdən istifadə edib bu qrupun rəhbər heyətini buradan salamlayıram, onlara can sağlığı və Gəncəmizin tarixinin araşdırılması, sosial tədbirlərin təşkilində, şəhərimizin inkişafı üçün gördükləri və görəcəkləri gələcək işlərində hər birinə uğurlar arzu edirəm.

İnsanların retro avtomobillərə marağı necə idi?

Bilirsiz bu tədbir mənim belə deyək də pilot layihəm idi. Gəncə ş.-də ilk dəfə təşkil olunurdu, biraz özlüyümdə narahatlıq var idi ki, birdən uğurlu alınmaz, istədiyim nəticəni ala bilmərəm. Amma tədbirə qoşulan insanlardakı avtomobillərə olan marağı görəndə çox sevindim. Hətta tədbir təşkil olunan məkanda turistlər də var idi, onlar da böyük maraq göstərirdilər, şəkillər çəkdirirdilər.

Mənim üçün sevindirici hal o oldu ki, Gəncə ş-nə nəsə bir yenilik gətirə bildim, şəhərə və onun sakinlərinə sevinc yaşada bildim.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR