Slimfit
  1. İQTİSADİYYAT

Avropada avtomobil satışı azaldı

Avropada avtomobil satışı azaldı
Sakura

Avropada avtomobil satışı azaldı

Qlobal iqtisadiyyatdakı tənəzzül, bəzi ölkələrdə vergilərin artırılması və Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə əlaqədar yaranmış qeyri-müəyyənlik Avropada avtomobil satışının azalması ilə nəticələnib. 

Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) hesabatında bildirilir.

Sənədə əsasən, bu ilin yanvar ayında Avropada 1,135 milyon ədəd avtomobil satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,4% azdır. 

Son 1 ildə Avropa ölkələri arasında ən çox azalma İsveç (18%), Fransa (13,4%), İspaniya (7,6%) və Almaniyada (7,3%) qeydə alınıb. Satışı ən çox azalmış avtomobil markası isə "Renault" olub - 16,3%. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR