Slimfit
  1. AVTO VƏ MOTO

Audi S6 və S7 Sportback modellərini dizel mühərrikinə keçirib

Audi S6 və S7 Sportback modellərini dizel mühərrikinə keçirib
Sakura

Audi S6 və S7 Sportback modellərini dizel mühərrikinə keçirib

Audi şirkəti yeni nəsil A6 və A7 modellərinin “qaynar” S-modifikasiyalarını təqdim edib. Əvvəllər S6 və S7 Sportback yalnız benzin mühərriki ilə təklif edilirdisə, yeni nəsil “qaynar” modellər Avropada dizel aqreqatı ilə satılacaqdır. Bəs “dizelgeyt”?

 

Audi S7 Sportback

Hər halda avropalılar belə konsepsiya dəyişikliyindən çox razı qalacaqdırlar. Texniki cəhətdən Audi S6 və Audi S7 Sportback bu yaxınlarda təqdim edilmiş Audi SQ5 TDİ modeli ilə unifikasiya edilibdirlər. Hər üç avtomobilin kapotunun altında EA897 mühərrikinin ən güclü variantı yerləşibdir: 3,0-litrlik dizel mühərriki yeni porşenlərə, sürgü qoluna, dirsəkli vala və yağlama sisteminə malik olub. Silindirlər bloku və başlığı isə soyutmanın ayrı konturları ilə təchiz edilirlər.

Audi S7 Sportback

Bununla yanaşı, “qaynar” modellər sadə hibrid hissəyə də malikdirlər. 48-voltluq şəbəkədən qidalanan startyor-generator sürətlənmənin ilk saniyələrində yardım edir. Onun cavabdehlik sahəsinə mühərrikin yeyin işə salınması da daxildir ki, bunun sayəsində gillətmə ilə hərəkət zamanı elektronika mühərriki 40 saniyə müddətinə söndürə bilər. Əyləcləmə zamanı isə (işıqfora yaxınlaşan zaman) daxili yanacaq mühərriki artıq 22 km/saat sürətində söndürülə bilər.

Audi S6 sedan

Adi turbokompressora, qanadcığı 70 min dövr/dəqiqəyə qədər sürətləndirən yeddi kilovatlıq mühərriki olan elektrik kompressoru yardım edir. Ənənəvi 12-voltluq sistem bu yükə dözmədiyinə görə, güc qurğusu 48-voltluq şəbəkə və 10 amper-saatlıq litium ion batareyası ilə dəstəklənir. Elektrik kompressoru 1650 dövr/dəqiqəyə kimi effektivdir, sonra isə adi turbokompressor tam gücü ilə çalışmağa başlayır. Audi S6 və S7 Sportbak modellərində quraşdırılan aqreqatın hasilatı 349 at qüvvəsi və 700 Nm-dir.

Audi S6 Avant

“Qaynar” liftbek, sedan və universal səkkiz pilləli avtomatik qutu və firma quattro tam çəkiş sistemi ilə standart olaraq təchiz edilirlər. Adi şəraitdə mərkəzi özüqapanan differensial fırlanm anını arxa oxun xeyrinə 40:60 nisbətində bölür. Bununla belə, gərək olduqda ön oxa fırlanma anının 70, arxa oxa isə 85 faizi ötürülə bilər. Əlavə ödənişlə aktiv arxa idman differensialını da sifariş etmək olar. Bundan başqa, S6 və S7 tamidarələnən şassiyə sahib olublar – aktuator asqının qolları vasitəsilə arxa təkərləri döndərir. Yuxarı sürətlərdə arxa təkərlər ön təkərlər ilə eyni istiqamətə (iki dərəcədən çox olmayaraq) dönərək sabitliyi, aşağı sürətlərdə isə əks istiqamətə (maskimum 5 dərəcə) dönərək manevr qabiliyyətini artırırlar. Belə sistemə malik olan avtomobilin geridönmə diametri 1,1 metr azalır.

Audi S7 Sportback

Audi S6 və S7 Sportback modelləri standart olaraq adaptiv amortizatorları olan yaylı asqı ilə təchiz edilirlər. Adi modellərlə müqayisədə S6 modelinin klirensi 20 millimetr, S7 Sportback modelinin isə 10 millimetr azaldılıbdır. Əlavə ödənişlə pnevmoasqı da təklif edilir ki, 120 km/saat üzərindəki sürətlərdə (Auto rejimində) klirens avtomatik olaraq 10 millimetr azaldılır. Əyləc sistemi öndə altıporşenli mexanimlər və 400 millimetrlik disklər, arxada isə 350 millimetrlik disklər ilə təchiz edilir. Opsional olaraq karbon-saxsı mexanimləri də təklif edilir. Ressoraltı çəkini 9 kiloqram yüngülləşdirən bu mexanizmlər müvafiq olaraq 400 və 370 millimetrlik disklərə malikdirlər. Təkər diskləri isə 20 və 21 düymlük ola bilərlər.

Audi S7 Sportback

Zahiri cəhətdən S-modellərini aqressiv bamperləri, genişləndirilmiş təkər tağları və buraxılış sisteminin dörd çıxış borusu sayəsində tanımaq olar. Əlbəttə ki, S-modellərinə xas olan gümüşü güzgü gövdələri də qorunub-saxlanıbdır. İnteryer tərtinbatı da idman ruhundadır: burada yeni oturacaqları quraşdırılır, xarakterik dekor və aşağı hissəsi “kəşilmiş” sükan çarxı isə opsiyadır. Virtual cihazlar paneli və dördzonalı klimat-kontrol standart avadanlıqdır.

Audi S6

Yeni “qaynar” sedanlar 4,0-litrlik V8 benzin mühərriki ilə təchiz edilmiş sələflərindən yeyin deyillər. Yeni Audi S6 sedanı 100 km/saat həddinə 5,0 saniyəyə, universalı isə 5,1 saniyəyə sürətlənir. Audi S7 Sportback modelinin sürətlənmə göstəricisi S6 Avant ilə eynidir. Maksimal sürət 250 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıb. Yeri gəlmişkən, stabilizasiya sistemi tamamilə söndürülə bilər.

Dizel S-modelləri Avropada bu ilin yayında başlanacaqdır. Almaniyada S6 sedanı 76500, universalı isə 79000 avrodan başlanan qiymətlər ilə satılacaqdır. Audi S7 Sportbak isə 82750 avroya qiymətləndirilib.

3,0 TDI V6

Benzin mühərriklərinin pərəstişkarları məyus olmasınlar. ABŞ, Asiya və Yaxın Şərq üçün 2,9-litrlik TFSI V6 mühərriki və 48-voltluq şəbəkə ilə təchiz edilmiş S6/S7 modelləri hazırlanır. Bu modellər 450 at qüvvəsinə və 600 Nm fırlanma anına malik olacaqdırlar. Çox güman ki, bizim bazarda məhz Audi S6 və S7 Sportback modellərinin benzin versiyaları satılacaqdır.

Mənbə: Autograph.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR