Slimfit
  1. TEXNOLOGİYA

Android 10-un faydalı funksiyası Chrome brauzerinə inteqrasiya ediləcək

Android 10-un faydalı funksiyası Chrome brauzerinə inteqrasiya ediləcək
Sakura

Android 10-un faydalı funksiyası Chrome brauzerinə inteqrasiya ediləcək

Keçən il Google şirkəti Android 10 əməliyyat sistemi ilə birlikdə Live Captions adlı funksiyanı da təqdim etmişdi. Bu funksiya real zaman ərzində istənilən audio faylını mətn formatına çevirə bilir. İlkin olaraq sözügedən funsiya Pixel 4 smartfon seriyasında istifadəyə verildi və daha sonra daha köhnə Pixel modellərində təqdim olundu. İndi isə Google şirkəti bu texnologiyanı Chrome brauzerinə inteqrasiya edib. Bu barədə Techradar saytı xəbər verib.

Live Captions funksiyasını artıq Chrome Canary brauzerində istifadə etmək olar. Qeyd etmək lazımdır ki, Chrome Canary tərtibatçılar üçün nəzərdə tutulmuş test məqsədli brauzerdir. Digər yeni özəlliklər kimi Live Captions funksiyasını da Chrome Canary brauzerinin təcrübi ayarlarında aşkar etmək olar. Bunun üçün brauzerin URL hissəsində "chrome://flags" yazmaq və brauzerdə olan axtarış sistemi vasitəsilə Live Captions funksiyasını taparaq onu aktivləşdirmək lazımdır.

Mənbə: milli.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR