Slimfit
  1. MARAQLI

Ancaq çipslə qidalanan qadının hekayəsi

Ancaq çipslə qidalanan qadının hekayəsi
Sakura

Ancaq çipslə qidalanan qadının hekayəsi

Debbi Teylor, fitnes təlimçisi, 31 yaş

“Mən qaynar yemək həvəskarı deyiləm. Mən mal əti tamı ilə çips xoşlayıram, lakin duzlu soğan ilə olan çipsə heç toxunmamışam. Siz məni əsl dəyər verən adlandıra bilərsiniz.

Son iki ildə mən hər gün iki böyük paket çips yeyirəm. Başqa nəsə yemək hissi məndə yoxdur. Mənim kök və şişmanlar xoşuma gəlmir – məhz “normal” yeməkdən sonra mən özümü belə hiss edirəm. Səhər çay içirəm, nahar etmirəm, günorta saat dörddən sonra isə mən ilk paket çipsi yeməyə hazır oluram. Axşam saat 8-də isə ikincini yeyirəm.

Bu cədvələ yeganə istisda restoranda ailəvi şam yeməyidir. Orada mən bir parça quru toyuq və bir az çörək sifariş verirəm ki, insanlar məndən əl çəksinlər.

Mən həmişə yeməkdə qətiyyətli olmuşam. Anamın məni normal qidalanmağım üçün etdiyi bütün cəhdləri yadımdadır. Sonda o dedi: “Əgər bunu yemirsənsə, onda başqa heç nə yemə”. “Yaxşı, - mən cavab verdim. – Mən heç nə istəmirəm”.

 Mən yarımfabrikatları daha çox sevirdim. Gündə 5 dəfə qidanlama mənim üçün dözülməz idi – mən bir dəfə zorla yeyirdim. 11 yaşında bir az kökələndə mənə sataşmağa başladırlar. Kök Debs. Bu həyatımın ən pis anı idi. Məndə anoreksiyaya meyllilik yarandı və mən fiziki məşqlərlə maraqlanmağa başladım. 15 yaşında çəkim 45kq idi, bundan sonra məni xəstəxanaya çatdırdılar. Lakin düşünürəm ki, həkimlər sadəcə sığortalanırdılar.

Daha sonra mən kolleci “Sağlamlıq və fitnes” ixtisası üzrə bitirdim və yerli hovuz xidməti şirkətində iş tapdım. Orada işləyən xilasedici qadınlar fasilə zamanı fıstıq yeyirdilər. Onlar əla üzgüçü idilər və mən düşündüm ki, bu düzgün qərardır. Mən ancaq qızardılmış fıstıq və üzərinə duz səpilmiş çörək yeməyə başladım.

20 yaşında mən hamilə qaldım, məndə toyuq naqqetsləri və dondurmaya dəhşətli istək yarandı. Lakin doğandan dərhal sonra “seçimli qidalanma”ya qayıtdım (bunu onlar belə adlandırırdılar). Mənim oğlum Lyukun artıq 11 yaşı var, mən hər zaman onun qidalanmasına diqqət yetirirəm və mənim dietamın ona təsir etdiyini düşünmürəm. O səhvsizdir. O adi kişidir – qarşısına şam yeməyi qoy və o xoşbəxtdir.

Lyukun beş yaşı olanda mən həyatımda ilk dəfə barbekyu tamı ilə bir paket çips aldım və ona vuruldum. Növbəti bir neçə ildə mən başqa heç nə yeyə bilmədim – mal əti tamlı Monster Munch çipsinin dadına baxana qədər.

8 il əvvəl mən Ceraldla görüşməyə başladım. Mən Ceralda hər şeyi danışdım və o məni anladı. Mən Cerald və Lyuk üçün yemək bişirirəm və Yeni ildə bütün ailəni qızardılmış hind toyuğu ətrafında toplayıram. Qəribədir ki, yemək bişirməyi xoşlayıram.

Bilirəm ki, dietam qeyri-sağlamdır, lakin mən onu dəyişməyi düşünmürəm. 31 yaşında bunun üçün çox gecdir. Düşünürəm ki, yeməklə bağlı həmişə problemim olacaq. Mən bir neçə il çəkimin artdığından narahat olanda hətta hipnoterapiyanı da yoxlamışam. Nəticədə mən ümumiyyətlə yeməyi dayandırdım, mənim vəziyyətimdə isə bu ölümə bəradərdir.

Lakin hər şey yaxşıdır. Mən hamı kimi vaxtaşırı (tez-tez yox) xəstələnirəm, lakin sınan dırnaqlarım var, dişlərimi yuyarkən isə damağım qanayır. Həkim deyir ki, mən arığam, lakin o məni dietanı dəyişməyə məcbur edə bilmədi. Çünki artıq çəkim yoxdur: böyük çips paketi çox kalorilidir. Mən bundan heç çəkinmirəm, lakin əslində məni təəccübləndirən budur ki, niyə hamı çips dietamın pis olduğunu düşünür”.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR