Slimfit
  1. MARAQLI

İtaliyalı qadın özü özünə ərə getdi

İtaliyalı qadın özü özünə ərə getdi
Sakura

İtaliyalı qadın özü özünə ərə getdi

İtaliyalı qadın Laura Mesi əsasdan başqa bütün atributların iştirakı ilə toy etdi. 70 qonağın iştirak etdiyi, ağ paltarlı, gəlin rəfiqələri və böyük tortu olan təntənəli mərasimdə bəy yox idi.

Fitnes məşqçi kimi işləyən Mesi belə formada sözünü yerinə yetirdi: o valideynlərinə söz vermişdi ki, 40 yaşına qədər ər tapmasa özü özünə ərə gedəcək. Qeyd edək ki, o 2 il əvvəl 12 il sürən münasibətinə son qoyub. “Şahzadəsiz də nağıl olur”, - o deyib.

BBC qeyd edir ki, gəlin yayılmağa başlayan “soloqamiya” trendinə uyğun hərəkət edib. Bu yeganə hal deyil, may ayında Nello Rujerio gəlinsiz evlənib.

İtaliyada belə kəbin forması hüquqi cəhətdən qeydə alınmır, yəni Mesi rəsmi olaraq subay qalır.

2016-cı ildə Estoniya sakini özü özünə ərə getdi və bu tədbirə 21 qonaq dəvət etdi. Kristal Ra Laksmi əsl kişiyə ərə getməyi planlaşdırır, bu hadisəni də ona hazırlıq kimi adlandırır.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR