Dərc edildi: Baxış sayı: 640
Amsterdamın qayıq evləri
Hollandiyanın Amsterdam şəhərində “boathouse”lar yəni qayıq evlər geniş yayılıb.
Bu evlər Amsterdam kanallarının sahilində yox, içində yerləşir. Belə evlər sahilə yan alan köhnə qayıqlar, barjalar və katerlərdən hazırlanır. Turistlərin marağına səbəb olan qayıq evlərdə yaşayanlar var.
Bu sayaq tikililər ənənəvi evlərdən heç nə ilə fərqlənmir: bura qaz, elektrik, su çəkilib, kanalizasiya qoşulub, sakinlər də bütün zəruri kommunal xərcləri ödəyir.
Qayıq evlər həm muzey, həm də hostel kimi də fəaliyyət göstərir.
Mənbə : Seanews.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət