Dərc edildi: Baxış sayı: 489
Almaniyada ötən ilin ən yaxşı məşqçisi məlum olub
Almaniya çempionatında ötən ilin ən yaxşı məşqçisinin adı məlum olub.
AZƏRTAC Almaniya Futbol Federasiyasının saytına istinadla xəbər verir ki, 2018-ci ilin ən yaxşı məşqçisi “Verder Bremen” futbol klubunun çalışdırıcısı Florian Kofeldt seçilib.
Otuz altı yaşlı almaniyalı mütəxəssis 2017-ci ilin dekabrında “Verder Bremen”ə baş məşqçi təyin olunub. Florian Kofeldtin Bremen təmsilçisi ilə müqaviləsi 2021-ci ilədəkdir.
Xatırladaq ki, “Verder Bremen” klubu Almaniya çempionatında 26 oyundan sonra 39 xalla turnir cədvəlində səkkizinci yerdədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət