Slimfit
  1. TƏBİƏT

Alimlər yırtıcı hörümçəklərin 18 növünü aşkar ediblər

Alimlər yırtıcı hörümçəklərin 18 növünü aşkar ediblər
Sakura

Alimlər yırtıcı hörümçəklərin 18 növünü aşkar ediblər

Alimlər Madaqaskar adasında yaşayan yırtıcı hörümçəklərin 20-yə yaxın növünü aşkar ediblər. Hörümçəkkimilərin əsas növü “qatil” hörümçək ailələridir.

AZƏRTAC “Svejiy veter” saytına istinadla xəbər verir ki, bu hörümçək ailəsinin yeganə qida mənbəyi öz həmcinsləridir. Bu hörümçəklərin qabarıq başı və sinəsi, iri çənəsi onların böyük məsafədən və küncdən zərbə endirməsinə imkan verir ki, bu da qutana bənzədir. Onlar öz qurbanını dişləyərək uzun çənələrinin köməyi ilə məsafədə saxlayaraq, zəhərin təsirini gözləyirlər. “Qutanabənzər” hörümçəklər bir neçə millimetr ölçüdən artıq böyümür. Buna baxmayaraq, onlar Afrika, Avstraliya və Madaqaskarda yaşayan ən təhlükəli hörümçəklərdir.

Zooloq alimlər Hanne Vud və Nikolay Skarff Madaqaskar adasında yırtıcı hörümçəklərin bu vaxtadək məlum olmayan 18 növü ilə rastlaşıblar. Bu növlər çənələrinin quruluşu və ölçüləri, qarınları üzərindəki naxışlar və bir çox digər əlamətlərə görə fərqlənirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR