Slimfit
  1. ELM

Alimlər yeniyetmələrin imtahana hazırlaşmalarının nə üçün çətin olduğunu müəyyən ediblər

Alimlər yeniyetmələrin imtahana hazırlaşmalarının nə üçün çətin olduğunu müəyyən ediblər
Sakura

Təhsillə olan problemləri alimlər böyük yarımkürələr və zolaqlı cismi beyin qabığı ilə birləşdirən neyron…

Yeniyetmələrə yaşlılardan tənbəl deyil, sadəcə onların beyni elə qurulub ki, vacib imtahanlara hazırlıqda fikirlərini cəmləşdirmək onlar üçün çox çətindir. Nature jurnalında araşdırmalarını dərc etdirən Harvard neyrobioloqları hesab edir ki, yeniyetmə beyni vacib məsələləri ikinci səviyyəlidən çətinliklə fərqləndirir.

Tərcübə zamanı 13-dən 20 yaşa qədər olan könüllüləri fMRT skanerinə yerləşdirdilər və onlara bir neçə oyun tapşırığını yerinə yetirməyi xahiş etdilər. Əvvəlcə oyunda düzgün cavab 20 sentlə dəyərləndirilirdi, düzgün olmayan isə 10 sentdən məhrum edirdi. Sonra dəyər qaldırıldı və düzgün cavaba dollar verilirdi, səhv isə 50 sent aparırdı. Müxtəlif yaşlı təcrübə iştirakçıları fərqli formada oyunu aparırdı; yuxarı yaşı olanların fikirlərinin cəmləşdirilməsi dəyər qalxdıqca artırdı.

fMRT nəticələri beyin yarımkürələri və zolaqlı cismlə beyin qabığının neyronlarını birləşdirən kortikostriatal şəbəkənin işində olan müxtəlifliyi göstərdi. Hesab olunur ki, zolaqlı cism məqsədə çatmağa istiqamətlənmiş gündəlik reaksiya və hərəkətlərə nəzarət edir. Yeniyetmələrdə bu şəbəkə hələ güclü inkişaf etmir (formalaşma təxminən 25 yaşında bitir), buna görə də məqsədə doğru hərəkət etmək onlar üçün yaşlılardan çətindir; bu səbəbə görə yeniyetmələr risk özünü doğrultmasa belə risk etməyə meyllidirlər.

Bununla bağlı olaraq mütəxəssislər təhsil alanlar üçün bəzi məsləhətlər verir. “Araşdırma göstərir ki, məktəbdə oxuyanları bir buraxılış imtahanı ilə dəyərləndirmək ən yaxşı ideya deyil”, - Paris Yüksək Məktəbin əməkdaşı New Scientist jurnalına təcrübənin nəticələri barədə deyib. Onun sözlərinə görə daha yaxşı olar ki, bütün tədris ili müddətində kiçik testlər aparılsın.

 

Mənbə: Populyarnaya Mexanika

Tərcümə: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR