Slimfit
  1. TARİX

Homo sapiens 100 min il deyil, 300 min il əvvəl formalaşıb

Homo sapiens 100 min il deyil, 300 min il əvvəl formalaşıb
Sakura

Müasir Marokkonun ərazisindəki yeni tapıntı “Ağıllı İnsan”ın yaranma vaxtı və yerini dəyişdirməyə əsas…

Araşdırmanı Maks Plank Cəmiyyəti təkamül antropologiya İnstitutundan olan mütəxəssislərin rəhbərliyi altında beynəlxalq paleontoloq qrupu aparmışdır və nəticələr Nature jurnalında çap olunmuşdur.

Tapıntı Marokkonun qərbində Cəbəl-İrhud paleolit düşərgəsi ərazisində aşkar olunmuşdur. XX əsrin 60-cı illərində olan açılış anından hazırki dövrə qədər burada qazıntı işləri aparılır, burada artıq zəngin antropoloji elmi materiallar toplanmışdır. Lakin 2004-cü ildən 2011-ci ilə qədər tapılmış iyirmiyə yaxın qalığın araşdırma nəticələrinə əsasən alimlər ağıllı insanın formalaşması tarixinə yenidən baxmalı olacaqlar: məlum oldu ki, bu insan növü artıq 300 min il əvvəl mövcud olub.

Əvvəllər Homo sapiensin ən qədim qalıqları müasir Efiopiya ərazisində 195 min il əvvəl tapılmış nümunələrə aid edilirdi. Afrikanın şimalından olan yeni nümunələr  sübut edir ki, Avropada məskunlaşmazdan əvvəl Homo sapiens aktiv olaraq afrika kontinentindən istifadə edirdi. Marokkoda aşkar olunmuş fraqmentlər – kəllə hissəsi, alt çənə, yuxarı çənə hissəsi, altı diş və bir neçə sümük sonluğu – üç yaşlı, yeniyetmə və uşağa aid olub.

Alimlər müasir Homo sapiens nümayəndələri ilə bir neçə fərqi aşkar ediblər: xüsusilə bu kəllənin uzanan və arxa hissəsidir. Antropoloqların fikrincə bu onu deyir ki, 300 min il əvvəl bu insan növü tamamilə formalaşmışdı, ancaq onun beyninin inkişafı davam edirdi.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR