Slimfit
  1. ELM

Alimlər fənər funksiyasını yerinə yetirən güllər icad ediblər

Alimlər fənər funksiyasını yerinə yetirən güllər icad ediblər
Sakura

Alimlər fənər funksiyasını yerinə yetirən güllər icad ediblər

Massaçusets Texnologiya Universitetinin mütəxəssisləri otlardan və güllərdən “Lampa” kimi istifadəyə imkan verən yeni yanaşma təklif ediblər.

AZƏRTAC mk.ru saytına istinadla xəbər verir ki, alimlər kimyəvi reaksiya zamanı işıqlanma yaradan xüsusi reagentlər hazırlayıblar.

Tədqiqatçılar tərəfindən silisium və üzvi polimerlər əsasında nanohissəciklər yaradılaraq ot və yarpaqların toxumalarına xüsusi piqment və ferment “kokteyli” yeridilib. Bu zaman işıq şəklində enerji ayrılması ilə nəticələn kimyəvi reaksiya baş verib. Beləliklə, alimlər 3,5 saat ərzində sönməyən nisbətən parlaq işığa nail olublar.

Gələcəkdə tədqiqatçılar öz texnologiyalarını modifikasiya edərək effektivliyini artırmaq niyyətindədirlər. Mütəxəssislərin fikrincə, onların ixtirası insanlar tərəfindən istehlak olunan elektrik enerjisini 20 faizə qədər azaltmağa imkan verəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR