Slimfit
  1. DÜNYA

Alimlər “axirətdən gəlmiş” quş aşkarladı

Alimlər “axirətdən gəlmiş” quş aşkarladı
Sakura

Alimlər “axirətdən gəlmiş” quş aşkarladı

Portsmut Universitetinin tədqiqatçıları Seyşel adalarında on minlərlə il əvvəl yoxa çıxmış küvyer (Dryolimnas cuviere) növündən olan quşun izlərini aşkarlayıb.

“Zoological Journal of the Linnean Society”nin yazdığına görə  ağboğazlılar fəsiləsindən olan küvyer Aldabra atolunda (mərcan adasında-red) yaşayıb. Quşun toyuq ölçüsündə olduğu bildirilir.

Buna qədər zooloqlar adanın sualtında qalan zaman uça bilmədikləri üçün bu növdən olan bütün quşların məhv olduğunu güman edirdi.

Təxminən, 100 min il əvvəl adanın su səviyyəsi aşağı düşüb və mərcan adası yenidən səthə çıxıb. Bu yaxınlarda tədqiqatçılar onda çoxdan nəsli kəsilmiş quşun “təzə” izlərini aşkarlayıb.

Britaniyalı tədqiqatçılar bunu iterativ təkamüllə izah edir. 

Fərziyyəyə görə, eyni növdən olan nümayəndələr ayrı-ayrı vaxtlarda eyni əcdaddan təkamül edə bilər.

Alimlər iddia edir ki, adanın suyun səthinə qalxmasından sonra, küvyerlərin ulu əcdadından olan quş atola gələrək, bir daha uça bilməyən quşa təkamül edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR