Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ağıl dişini çıxarmaq lazımdırmı?

Ağıl dişini çıxarmaq lazımdırmı?
Sakura

Sırada 8-ci yerdə olan ağıl dişləri insana normal çeynəmə prosesi üçün lazım deyil. Onları 12-25 yaş…

Hansı hallarda ağıl dişini çıxarmaq lazım deyil?

 

  • Əgər onlar sağlamdırsa (kariyes yoxdursa, diş ətrafında olan damaqda iltihab yoxdursa)
  • Artıq bütövdürsə
  • Düzgün yerləşibsə: yan dişlərin normal fəaliyyət göstərməsinə mane olmursa
  • Gündəlik gigiyena zamanı təmizlənməsi asandırsa

 

Hansı hallarda ağıl dişini çıxarmaq lazımdır?

 

  • Dişlər tamamilə damağın altındadırsa, lakin çıxa bilmirsə. Bu zaman onlar kistanın yaranmasına səbəb ola bilər ki, bu da yan dişlərin köklərini dağıda bilər.
  • Diş tam çıxmayıbsa. Onların gigiyenasının çətinliyi çoxlu bakteriyaların yığılmasına səbəb ola bilər ki, bu da ağız boşluğunun müxtəlif xəstəliklərinə səbəb ola bilər.
  • Diş üçün kifayət qədər yer yoxdursa ( yan dişlər çox möhkəm oturubsa) ağıl dişi çıxdıqda yan dişləri zədələyə bilər.
  • Ağıl dişi tərəfdə ağrı hiss edirsinizsə
  • Ağıl dişinin yaxınlığında olan yumşaq toxumalar tez-tez infeksiyaya yoluxur.
  • Şiş yaranırsa
  • Damağın iltihabı yaranırsa
  • Yan dişlərdə kariyes varsa onlar məhv olmağa başlayır

 

 

Əgər siz daim stomatoloqda dişlərinizi yoxladırsınızsa və çənənin rentgen çəkilişini aparırsınızsa ağıl dişlərini saxlamaqda problem yoxdur. Bu halda siz əvvəlcədən problemi bilməlisiniz ki (ağıl dişinin anormal inkişafı), dişin çıxarılması əməliyyatından yayınasınız. Həkimlər məsləhət görürlər ki, bunu 25 yaşına qədər edəsiniz. 25 yaşından sonra bütün sümük toxumaları tam formalaşır, bu zaman dişləri çıxarmaq da çətin olur və toxumalar çox yavaş bərpa olunur.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR