Slimfit
  1. CƏMİYYƏT

Kapital Bank kartı olanların nəzərinə - Rəsmi təkzib

Kapital Bank kartı olanların nəzərinə - Rəsmi təkzib
Sakura

Kapital Bank kartı olanların nəzərinə - Rəsmi təkzib

Kapital Bank tərəfindən müştərilərə aid məlumatların internetdə satışa çıxarılması, istifadəçilərin adları və parollarının paylaşılması iddiası həqiqəti əks etdirmir.

Ens.az xəbər verir ki, bu barədə Globalinfo.az-a Kapital Bankdan bildirilib.

“Kapital Bankın 5 milyondan çox müştərisi var və onların hər birinin təhlükəsizliyi qorunur. Bunun üçün bankımızda ISO27001 standartı üzrə 54 nəzarət mexanizmi və 7/24 Kibermüdafiə mərkəzi, PCI DSS təhlükəsizlik standartı qurulub.

Müştərilərimizdən cihazlarının virusa yoluxmaması və kiberdələduzluq hallarından qorunmaları üçün etibarlılığı şübhə yaradan mobil tətbiqlərdən istifadə etməməyi, rəqəmsal platformalarda, veb-saytlarda qeydiyyatdan keçərkən diqqətli olmağı, şəxsi məlumatlarını, eləcə də istifadə etdikləri kartı üçüncü şəxslərə verməməyi xahiş edirik. Həmçinin kartın üzərində olan CVV – 3 rəqəmli kodu, SMS vasitəsilə gələn birdəfəlik 3D təsdiqləmə kodunu, şəxsiyyət vəsiqəsinin FIN kodunu heç kimlə bölüşməməyi, banklar adından hazırlanan qeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamağı tövsiyə edirik”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Kapital Bankın işçi və müştərilərinə aid məlumatların internetdə (“Darkweb”) satışa çıxarıldığı, Qeyd olunub ki, 79 mindən çox istifadəçinin adı və şifrələrinin “potensial alıcılara” verildiyi haqda sosial şəbəkələrdə iddia yayılmışdı.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR