Slimfit
  1. AZƏRBAYCAN

Agentlik sədri: “Azərbaycanda ictimai çimərliklər olmalıdır”

Agentlik sədri: “Azərbaycanda ictimai çimərliklər olmalıdır”
Sakura

Agentlik sədri: “Azərbaycanda ictimai çimərliklər olmalıdır”

“Azərbaycanda ictimai çimərliklər olmalıdır. Bu, olduqca vacib məsələdir”.

Report”un məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev jurnalistlərə açıqlamasında bildirib.

“Özəl çimərliklər fəaliyyət göstərir, ancaq ictimai çimərliklərin sayının az olması bizi narahat edir. Dünyada çimərliklərin demək olar ki, hamısı ictimai çimərliklərdir. Hansısa qurumlar orada öz xidmətlərini təklif edə bilərlər”, - o deyib.

F.Nağıyev onu da deyib ki, Azərbaycanda yeni otellər də açılmalıdır: “Biz bunun üçün sahibkarlara dəstək veririk. Azərbaycanda yeni otellər, eyni zamanda hostellər açılır”.

Agentlik sədri vurğulayıb ki, hazırda otellərə ulduz verilməsi ilə bağlı iş aparılır: “Bu işə yaxın zamanlarda başlanılacaq. Biz müşahidə edirik ki, hostellər və 3 ulduzlu otellərin sayı artır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR