Slimfit
  1. SİYASƏT

ABŞ Prezidenti: Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı yüksək qiymətləndiririk

ABŞ Prezidenti: Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı yüksək qiymətləndiririk
Sakura

ABŞ Prezidenti: Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı yüksək qiymətləndiririk

Azərbaycanın Ukraynaya göstərdiyi həyat əhəmiyyətli humanitar yardımı yüksək qiymətləndiririk.

Ens.Az-ın məlumatına əsasən, bunu ABŞ Prezidenti Cozef Bayden Azərbaycanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanlandığı təbrik məktubunda qeyd edib.

C.Bayden Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı da yüksək qiymətləndirdiyini vurğulayıb:

“Diplomatik əlaqələrimizin 30 ildən artıq bir dövründə biz enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorçuluqla mübarizə də daxil olmaqla birgə maraqlara söykənən tərəfdaşlıq qurmuşuq. Hər iki ölkəmiz Əfqanıstanda çiyin-çiyinə döyüşmüş və birlikdə Cənub Qaz Dəhlizini inkişaf etdirməklə regional enerji təhlükəsizliyi ilə bağlı çağırışlara sinə gərmişdir. Biz həmçinin Rusiyanın davam edən qəddar müharibəsi fonunda Azərbaycanın Ukraynaya göstərdiyi həyat əhəmiyyətli humanitar yardımı da yüksək qiymətləndiririk”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR