Slimfit
  1. ELM

A, a

Milli Ensiklopediya A, a
Sakura
:100

A, a

1) Müasir Azərbaycan əlifbasının, o cümlədən dünya əlifbalarının əksəriyyətinin birinci hərfi. A saitinin işarəsidir. Finikiya əlifbasında yazılışı öküz buynuzuna oxşadığından finikiyalılar onu “alef” (“öküz”) adlandırmışlar. Sonradan qədim yunan və latın əlifbalarında A kimi yazılmışdır. 1929-cu ilədək işlənən ərəb qrafikalı Azərbaycan əlifbasında “əlif” (yazı şəkli ا) adlandırılmışdır. Azərbaycanda 1929-cu ildən 1939-cu ilədək tətbiq olunan latın qrafikalı, 1939-cu ildən istifadə edilən Kirill qrafikalı əlifbalarda, həmçinin 1992-ci ildən işlədilən latın qrafikalı əlifbada indiki yazı şəklindədir: böyük “A”, “ ” (çap şəkli, əlyazma şəkli); kiçik “a”, “a” (çap şəkli, əlyazma şəkli). Tələffüz zamanı uzun-qısalığına görə fərqlənir. Azərbaycan dili mənşəli sözlərdə nisbətən qısa (məs., baş, qar, açıq və s.), ərəb, fars dillərindən alınmış bir sıra sözlərdə isə uzun tələffüz olunur (məs., Arif, tarif, varis və s.);

2) A(a) hərfi “birinci” mənasını ifadə edən sıra sayı kimi də işlədilir: “a” sinfi, A qrupu (qanda, idman meydançaları və qurğu larında) və s.;

3) A “ay” və “ha” nidalarının variantı kimi işlədilir və müraciət, təkid, heyrət mənasını bildirir: a qardaş, alın a!, aaa! və s.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR