Slimfit
  1. DÜNYA

Ukrayna PUA-ları rusların 3 kompleksini məhv etdi

Ukrayna PUA-ları rusların 3 kompleksini məhv etdi
Sakura

Ukrayna PUA-ları rusların 3 kompleksini məhv etdi

Donetsk istiqamətində PUA qüvvələri rus işğalçıların ümumi dəyəri təxminən 50 milyon dollar olan üç zenit-raket kompleksini məhv edib.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın "Xortitsa" operativ-strateji qoşun qruplaşması məlumat yayıb.

Hərbçilərin sözlərinə görə, Pilotsuz Uçuş Aparatları Qüvvələrinin 14-cü BpAK alayının operatorları iki həftə ərzində düşmənin üç hava hücumundan müdafiə sistemini aşkarlayaraq məhv ediblər. Qeyd olunur ki, bunlar modifikasiyası dəqiqləşdirilməmiş iki "Buk" və bir "Tor" zenit-raket kompleksidir.

"Bu komplekslər düşmənin hava hücumundan müdafiəsinin mühüm elementləridir və onların ümumi dəyəri təxminən 50 milyon dollar təşkil edir. Məhv edilməsi üçün hədəfin tutulması və avtomatik yönləndirilmə sistemi ilə təchiz olunmuş zərbə dronlarından istifadə edilib", - deyə məlumatda bildirilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR