Dərc edildi: Baxış sayı: 712
135 metr hündürlükdən düşən smartfon qırılmadı
“iPhone 7 Plus” smartfonu dözümlülüyünü bir daha sübut edib.
İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, “iPhone 7 Plus” smartfonu 135 metr hündürlükdən düşüb və yenə də işlək vəziyyətdə qalıb. Hadisə telefon tərəfindən aparılan çəkilişdə də qalıb.
Məlumatda deyilir ki, smartfonun sahibəsi Orlandoda yerləşən “StarFlyer” attraksionuna gedib. Bu attraksion öz kateqoriyasına görə dünyada ən hündürlərindən biri hesab edilir. Ancaq video çəkərkən smartfon bir anda qızın əlindən sürüşüb. Smartfon yerə düşüb və videonu çəkməkdə davam edib.
Qeyd edək ki, smartfonun heç müdafiəedici çexolu da olmayıb.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət