"20 yanvar"da qanunsuz daşımalar problemin yaranmasına şərait yaradır - Nazir müavini
“Sumqayıt, Xırdalan və Masazır istiqamətindən 20 yanvar metrostansiyası ətrafına axın səbəbilə yaranan sıxlıq problemi uzun müddətdir şəhər nəqliyyatını narahat edən məsələdir”.
Ens.az Redaktor.az-a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlara dair" keçirilən brifinqdə deyib.
“Burada qanunsuz daşımalar problemin yaranmasına şərait yaradır. Ona görə də Sumqayıt istiqaməti üzrə bizim 594 və 595 marşrutlarımız fəaliyyət göstərir. Gün ərzində hər iki marşrutla 12 minə yaxın sərnişin daşınır. Bu yalnız Sumqayıt üzrə gedən marşritlarda daşınan sərnişinlərin sayıdır. Yeni 508 saylı marşrut Saray istiqamətində sərnişindaşıma ilə məşğul olur. 1 həftə ərzində artıq sərnişin sayı 6 mini keçib. Görünən odur ki, bu istiqamətdə gedən sərnişinlərin sayı daha çoxdur və buna görə də bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur. Buna dəmir yolunun inkişaf etdirilməsi də aiddir. Yol qovşaqları, yeni yolların inşası da bu tədbirlər sırasındadır”, - deyə nazir müavini bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət