118 dövlət əmlakı özəlləşdirilir
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac baş tutub.
Komitədən Metbuat.az-a verilən məlumata görə, bu dəfə iştirakçılar tərəfindən özəlləşdirilən qeyri-yaşayış sahələri Bakı və Sumqayıt şəhərlərində yerləşir. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki obyektin ümumi faydalı sahəsi 242 kv.m-dir. Torpaq sahəsi ilə birgə ilkin qiymət təyin olunan bu əmlaka iştirakçı tərəfindən 107 min 500 manat təklif olunub. Daha bir ofis və xidmət obyekti kimi istifadəyə imkan verəcək qeyri-yaşayış sahəsi Sumqayıt şəhəri, 15-ci məhəllə, bina 46/9 ünvanında yerləşir. Qeyd edək ki, bu əmlakın ümumi faydalı sahəsi 376 kv.m, satış qiyməti isə 100 min manatdır.
Qeyd edək ki, 25 sentyabrda baş tutacaq növbəti hərraca ümumilikdə 118 dövlət əmlakı çıxarılıb. Onlardan 83-ü kiçik dövlət müəssisə və obyekti, 28-i qeyri-yaşayış sahəsi, 7-si isə nəqliyyat vasitəsidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət