Dərc edildi: Baxış sayı: 1195
Zərifə Salahova: "Tahir Salahovun cənazəsi sabah Azərbaycana gətiriləcək"
Almaniyada dünyasını dəyişən Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahovun cənazəsi sabah Vətənə gətiriləcək.
Ens.Az-ın məlumatına əsasən,bunu “Report”a açıqlamasında mərhumun bacısı Zərifə Salahova deyib.
Onun sözlərinə görə, cənazə mayın 23-də AZAL-a məxsus təyyarə ilə Frankfurtdan Bakıya yola salınacaq.
Z.Salahova qeyd edib ki, T.Salahovun mayın 24-də Birinci Fəxri xiyabanda dəfn edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Xalq rəssamı mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında dünyasını dəyişib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət