Dərc edildi: Baxış sayı: 520
Zərif: Süleymanidən sonra ABŞ-la savaşa çox yaxın idik
Qasım Süleymaninin qətlindən sonra ABŞ və İran müharibəyə çox yaxın idi.
Axar.az xəbər verir ki, bunu NBC-yə müsahibəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
“Biz müharibəyə çox yaxın idik, ona görə ki, ABŞ İrana qarşı aqressiya aktının təşəbbüskarı olmuşdu. Onlar Süleymaniyə döyüş meydanında müqavimət göstərə bilmirdilər. Ona görə də onlar sülhün bərpası missiyası üçün nəzərdə tutulan avtomobilə pilotsuz uçan aparatdan zərbə endirdilər”, - deyə o bildirib.
Zərif ABŞ-ın İraqdakı bazalarına zərbə endirməklə İranın Vaşinqtondan qorxmadığı mesajını verdiyini söyləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət