Slimfit
  1. DÜNYA

Zelenski Putinin həbs qərarı barədə: “Vladimiri burada görmək istəyirik”

Zelenski Putinin həbs qərarı barədə: “Vladimiri burada görmək istəyirik”
Sakura

Zelenski Putinin həbs qərarı barədə: “Vladimiri burada görmək istəyirik”

Ukrayna lideri Volodimir Zelenski Putinin həbsi qərarından danışıb.

Sfera.az bildirir ki, o, bu barədə Haaqa Beynəlxalq Cinayət Məhkəməsində (ICC) çıxışında söz açıb.

Zelenski məhkəmənin orderi ilə bağlı istehza edib. “Hamımız burada – Haaqada cinayət əməllərinə görə cəza almağa layiq olan başqa bir Vladimiri görmək istəyirik”, - Ukrayna lideri bildirib.

Xatırladaq ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsi üçün beynəlxalq order verib.Qeyd olunub ki, Rusiya Prezidenti Vladimir Putin 24 fevral 2022-ci il tarixindən sonra Ukraynanın işğal edilmiş ərazilərindən əhalinin (uşaqların) qanunsuz deportasiyası və qanunsuz olaraq Rusiyaya köçürülməsi hərbi cinayətinə görə məsuliyyət daşıyır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR