Slimfit
  1. SİYASƏT

Ərdoğan: COP29 çərçivəsində Liderlər Zirvəsində daha çox iqlim dəyişikliyinin maliyyələşdirilməsi müzakirə olunub

Ərdoğan: COP29 çərçivəsində Liderlər Zirvəsində daha çox iqlim dəyişikliyinin maliyyələşdirilməsi müzakirə olunub
Sakura

Ərdoğan: COP29 çərçivəsində Liderlər Zirvəsində daha çox iqlim dəyişikliyinin maliyyələşdirilməsi müzakirə olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP29-a ev sahibliyinə görə azərbaycanlı həmkarı İlham Əliyevə təşəkkür edib.

Ens.az Report.az-a istinadən xəbər verir ki, o, bu barədə Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsində deyib.

O, Bakıda bir sıra ikitərəfli görüşlər keçirdiyini diqqətə çatdırıb: “Bu çərçivədə Azərbaycan Prezidenti İlham Əliyev, Böyük Britaniya Baş naziri Keir Starmer, Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayev, Moldova Prezidenti Maya Sandu ilə bir araya gəldik. Bu görüşlərdə ikitərəfli və regional məsələlər barədə danışdıq”, - o bildirib.

Prezident söyləyib ki, COP29 çərçivəsində liderlər Zirvəsi zamanı danışıqlar mövzusu ən çox iqlim dəyişikliyinin maliyyələşdirilməsi olub: “Xüsusilə inkişaf etməkdə olan ölkələrin ehtiyac duyduğu maliyyə resurslarının necə yaradılacağı da müzakirə olunub. 2009-cu ildə Danimarka İqlim Sammitində elan edilmiş illik 100 milyard dollarlıq iqlim maliyyəsi hədəfinin 2025-ci ildən sonra üçün də təsdiqini və əlavə mexanizmlərlə dəstəyini müzakirə etdik.

Mən sammitdəki çıxışımda ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə səylərini izah etdim. Vurğuladım ki, biz qlobal iqlim tendensiyasına töhfə verməyə davam edəcəyik. Həyat yoldaşım Əminə Ərdoğanın təşəbbüsü ilə başlayan və qısa zamanda qlobal miqyasda bir layihəyə çevrilən “Sıfır Tullantı” Hərəkatının əhəmiyyətini ifadə etdim”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR