Slimfit
  1. İQTİSADİYYAT

SOCAR neft-qaz emissiyalarının müəyyən edilməsi üçün peyk monitorinqləri aparır

SOCAR neft-qaz emissiyalarının müəyyən edilməsi üçün peyk monitorinqləri aparır
Sakura

SOCAR neft-qaz emissiyalarının müəyyən edilməsi üçün peyk monitorinqləri aparır

“GHGSat” şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft-qaz əməliyyatı sahələrində emissiyalarının müəyyənləşdirilməsi məqsədilə peyk monitorinqlərinin aparılmasına başlanılıb.

“Report” SOCAR-a istinadən xəbər verir ki, SOCAR-ın vitse-prezidenti Əfqan İsayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Metan və qeyri-CO2 istixana qazları” mövzusunda Sammitin plenar iclasında çıxışı zamanı bildirib.

Sammitin plenar iclasında çıxış edən Ə. İsayev metan və qeyri-CO2 emissiyalarının azaldılması sahəsində şirkətin fəaliyyəti, bu istiqamətdə tətbiq olunan qabaqcıl texnologiyalar və həll yollarına dair tədbir iştirakçılarına ətraflı məlumat verib. Vitse-prezident SOCAR-ın fəaliyyət sahələrində metan emissiyalarının ölçülməsi və inventarlaşdırılmasının beynəlxalq standartların tələblərinə uyğun olaraq həyata keçirildiyini qeyd edib.

Həmçinin “TotalEnergies” şirkəti ilə partnyorluq çərçivəsində “AUSEA” texnologiyasından istifadə etməklə dron ölçmələri həyata keçirilir. Bunlardan başqa istehsalat sahələrində instrumental alət və cihazlar vasitəsilə yerində ölçmələr də aparılır. Həm peyk, həm dron, həm də yerində ölçmələr zamanı əldə olunan göstəricilər süni intellektə əsaslanan “Metan AI” alətində operativ şəkildə emal olunmaqla və təfərrüatlı təhlili aparılmaqla emissiya mənbələrinin ləğvinə dair tədbirlər görülür.

Ə. İsayev metan emissiyalarının azaldılması istiqamətdə səmərəliliyin artırılması, bu sahədə fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması, habelə effektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə SOCAR-ın “MGP” və “OGCI” kimi təşkilatlar ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Qeyd olunan fəaliyyətlər SOCAR-ın metan emissiyalarının azaldılması sahəsində məqsədyönlü fəaliyyətinin göstəricisidir.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR