Slimfit
  1. HƏRB

Zəfər paradına Şuşaya sancılan bayrağı Pənahəli xanın nəslindən olan general-mayor gətirəcək

Zəfər paradına Şuşaya sancılan bayrağı Pənahəli xanın nəslindən olan general-mayor gətirəcək
Sakura

Zəfər paradına Şuşaya sancılan bayrağı Pənahəli xanın nəslindən olan general-mayor gətirəcək

"Bayrağı meydana Şuşanın alınmasında, hərbi əməliyyatların keçirilməsində müstəsna xidmətləri olan, möhtərəm Prezidentimizin sərəncamı ilə general-mayor ali hərbi rütbəsinə layiq görülən, Qarabağ xanlığının, Şuşa qalasının əsasını qoyan Pənahəli xan Cavanşirin nəslindən olan və Şuşa azad olunandan sonra ilk komendat Zaur Məmmədov gətirəcək". 

"Ens.az" xəbər  verir ki, bunu modern.az-a müsahibəsində sabahkı paradın aparıcısı Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani  deyib. Onun sözlərinə görə, paradda Azadlıq meydanına bu döyüşlərdə xüsusilə fərqlənən 20-yə yaxın hərbi hissənin döyüş bayrağı nümayiş olunacaq:

"Bayraqların gəlişindən sonra paradı qələbənin qazanılmasında müstəsna xidmətləri olan Müdafiə Nazirliyinin xüsusi təyinatlıları açacaq. Daha sonra Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlıları, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin heyəti, ardıcıllıqla bütün korpusların, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları keçid edəcəklər".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR